YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26.04.2019 [09:42]
Aprelin 25-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfransda Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Adil Əliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və təşkilatın gənc fəalları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olduğunu bildirib. O, partiyanın fəaliyyətində gənclərlə iş sahəsinə böyük önəm verildiyini söyləyib.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Günay İmanova bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hədəfləri partiya rəhbərliyinin qarşımızda qoyduğu məsələlər və gənclərin öz təşəbbüslərinin həyata keçirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu vəzifələrin həyata keçirilməsində fəallığı ilə seçilən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin ətrafında toplaşan gənclər əllərindən gələni əsirgəməyiblər. G.İmanova hesabat dövrü ərzində təşkilatın gördüyü işlər barədə geniş məlumat verib.
Daha sonra fəal gənclərdən Vüsal Əliyev və Tamerlan Əkbərov çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da gəncliyin inkişafına xüsusi diqqət yetirir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə çıxışında Azərbaycanda gəncliyin potensialına böyük önəm verildiyini, onların qayğı və problemlərinin həll olunduğunu, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını qeyd edib. O bildirib ki, gənclərin müasir cəmiyyətdə mövqeyinin daha da gücləndirilməsi üçün dövlət səviyyəsində kifayət qədər işlər görülür. Gənclərin sosial şəbəkələrdə fəallığından danışan S.Orucov qeyd edib ki, ölkəmizin inkişafını istəməyən dairələrin sosial şəbəkələrdə qarayaxma kampaniyasına hər zaman tutarlı cavab verilməlidir.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin 43 nəfərdən ibarət Şurası, 25 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Nərminə Yunusova YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, Vüsal Əliyev, Tamerlan Əkbərov, Faiq Məmmədli və Günay İmanova sədrin müavinləri seçiliblər.
Nərminə Yunusova çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd edib.
Çıxış edən Milli Məclisin deputatı Adil Əliyev deyib ki, müstəqil dövlətimiz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Təbii ki, inkişaf siyasətindən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər. Çünki müstəqil Azərbaycanın inkişafı naminə görüləcək çoxsaylı işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti gənclərin üzərinə düşür”.
Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək, partiyamızın sıralarında sayı gündən-günə artan gənclərin cəmiyyətimizin aparıcı qüvvəsi olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın tərəqqisi gənclərə nəyi və necə öyrətməyimizdən asılı olacaq” fikrini xatırladan millət vəkili ölkə gəncliyinin vətənpərvər ruhda formalaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu reallığı gənclərimiz, o cümlədən Nərimanov rayonunun gəncləri Aprel döyüşlərində təsdiqlədilər. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini deyən Hikmət Babaoğlu onların sosial-iqtisadi, mədəni, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini vurğulayıb. O, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin yeni heyətinə bu işləri daha böyük əzmlə davam etdirməyi arzulayıb.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev öncə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin yeni seçilən heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, ölkə gəncliyi öz siyasi taleyini YAP-la bağlayır. Məhz bu səbəbdəndir ki, partiya sıralarına gənclərin axını böyük vüsət alıb. YAP sıralarında 730 mindən çox insanın birləşdiyini deyən A.Fərzəliyevin sözlərinə görə, bu üzvlərin 40 faizini gənclər təşkil edirlər. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini deyən A.Fərzəliyev həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr nəticəsində əldə edilən nailiyyətlərin önəmini diqqətə çatdırıb. O qeyd edib ki, Nərimanov rayonunda böyük quruculuq işləri həyata keçirilir və gənclər ictimai həyatımızda daha fəal iştirak etməlidirlər.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

