/ / YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbirlər keçirilib
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbirlər keçirilib
03.05.2019 [10:14]
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının Neftçi nəqliyyatçı, 4 saylı BUX, Lökbatan bələdiyyəsi, Lökbatan qəsəbə nümayəndəliyi, Ə.Əmirov adına NQÇİ, 180, 223, 321 saylı tam orta məktəb, Su-kanal idarəsi, SOCAR Təlim-Tədris Mərkəzi, poçt idarəsi, DSMF və digər təşkilatlar üzrə ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirilib. Tədbirlərdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon təşkilatının sədr müavini Munis Bayramov, aparat rəhbəri Hacı İbrahimov, baş məsləhətçi Ramiz Yusubov, İdarə Heyətinin üzvləri Nəzakət Məmmədova, Ramin Quliyev, Nərman Qurbanov, Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə və digərləri iştirak ediblər.
Tədbirlərdə millət vəkili Aydın Hüseynov çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb: “Bu dahi insanın həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub”.
Aydın Hüseynov qeyd edib ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Ulu Öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.
Digər çıxışçılar da Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin qorunması, dövlətimizin inkişafı istiqamətində qlobal fəaliyyətini diqqətə çatdırıblar. Natiqlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Onun ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, inkişafı istiqamətində gördüyü işlərə, Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin uğurlarına, perspektivlərinə toxunublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

