YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
28.05.2019 [09:43]
Müstəqim Məmmədov: Müasir Azərbaycan gəncləri özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Rayondakı Gənclər Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov deyib ki, rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Qeyd olunub ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə gəncliyin inkişafı, yüksək səviyyədə təhsil alması istiqamətində hər cür şərait yaradılıb. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Sonra YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov ötən konfransdan keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış edib. Qeyd olunub ki, rayon təşkilatının qeydiyyatında olan 6450 nəfər partiya üzvündən 1388 nəfəri gənclər, 3466 nəfəri isə qadınlardan ibarətdir.
Məruzə ətrafında çıxış edən Buruc kənd tam orta məktəbinin müəllimi Gülsəba Tağıyeva, Qaynaq kənd ümumi orta məktəbinin müəllimi Murad Hüseynov, mərkəzi rayon xəstəxanasında tibb bacısı işləyən Aygün Cəfərli, Evoğlu kənd tam orta məktəbinin müəllimi Elcan Nadirli YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində görülən işlərdən və dövlət başçısı cənab İlham Əliyevin cəbhə bölgəsində yerləşən Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan danışıb.
Rayon İcra Hakimiyyətinin başçısı onu da qeyd edib ki, Azərbaycan gəncliyi ictimai-siyasi və sosial-iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir: “Müasir Azərbaycan gəncləri özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər. Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətlərindəndir”.
Konfransda çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov isə bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb: “Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə özünün layiqli töhfələrini verib. Bu gün də partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir”.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Gənclər Birliyinin 11 nəfərdən ibarət Şurası, 5 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri, həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.
Səsvermə nəticəsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edilib.
NADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

