YAP-ın namizədləri onlara göstərilən böyük etimadı doğruldacaqlarına söz verirlər
04.12.2009 [09:31]
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri dünən İmişli rayonunda görüşlər keçiriblər. İlk tədbir rayonun Bəhrəmtəpə qəsəbəsində baş tutub. Görüşdə ilk olaraq çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bələdiyyələrin Azərbaycan dövlətinin demokratik inkişafında böyük rola malik olduğunu söyləyərək bu özünüidarətemə strukturunun ölkəmizdə 10 il öncə yaranmasına baxmayaraq böyük inkişaf yolu keçdiyini qeyd edib. Onun sözlərinə görə, hazırda bələdiyyələr ölkəmizdə sosial-iqtisadi məsələlərin həllində müəyyən qədər fəallıq nümayiş etdirirlər. Bununla yanaşı, daha effektiv fəaliyyətin təmin olunması üçün müxtəlif əlavə tədbirlərin görülməsi vacibdir. Bunu nəzərə alaraq, Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının geniş proqram və təkliflər irəli sürdüyünü vurğulayan S.Ağayevin fikrincə, qarşıdan gələn seçkilərdən sonra formalaşacaq bələdiyyələrin daha səmərəli fəaliyyətinə dair proqnozlar özünü doğruldacaq. Daha sonra rəhbərlik etdiyi rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı məlumatı diqqətə çatdıran S.Ağayevin sözlərinə görə, YAP bu rayon ərazisində yerləşən 29 bələdiyyə üzrə 271 nəfərin namizədliyini irəli sürüb. O, həmçinin, deyib ki, YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq rayon təşkilatı namizədləri müəyyənləşdirərkən gənclərin və qadınların da potensialından yararlanıb. Təsadüfi deyil ki, partiya tərəfindən namizədliyi irəli sürülmüş 271 nəfərin 31,7 faizini qadınlar (86 nəfər), 35,8 faizini gənclər (97 nəfər) təşkil edir. Onların da 87,8 faizi (238 nəfər) ali təhsillidir. ötən prezident seçkilərində və bu ilin martında keçirilmiş referendumda İmişli seçicilərinin böyük fəallıq nümayiş etdirdiyini diqqətə çatdıran YAP rayon təşkilatının sədri əmin olduğunu vurğulayıb ki, bu seçkilərdə də eyni mənzərə müşahidə olunacaq. O, həmçinin, seçicilərin YAP-ın namizədlərinə səs verəcəklərinə inandığını ifadə edib.
Sonra çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Rüstəm Xəlilov ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafdan danışıb. Onun sözlərinə görə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz böyük inkişaf yolu keçib: “Bu gün bu inkişaf özünü hər bir regionda, ucqar kəndlərdə göstərir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunması nəticəsində ölkəmizin bütün regionlarında inqilabi dəyişikliklər nəzərə çarpır. Bu proqramın məntiqi davamı olaraq hazırlanmış yeni Dövlət Proqramında ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub. Təbii ki, bu proqramın uğurla nəticələnməsi üçün bələdiyyələrin də üzərinə böyük yük düşəcək. çünki yerlərdə bu tədbirlərin həyata keçirilməsi səviyyəsi həmin bələdiyyələrin işinin effektindən də kifayət qədər asılı olacaq. Daha dəqiq desək, iqtisadi inkişaf siyasətinin yerlərdə daha böyük dəyişikliklərə rəvac verməsi bələdiyyələrin işi ilə də bağlı olacaq. Ona görə də, hamımız bu seçkilərə daha məsuliyyətlə yanaşmalı, etimad göstərdiyimiz, inandığımız şəxslərin bələdiyyələrdə təmsil olunmasına çalışmalıyıq”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Səfər Məmmədov Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı uğurlardan və əldə olunan nailiyyətlərdən söhbət açıb. Onun sözlərinə görə, 17 il öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə yeni - yeni nailiyyətlərə imza atmaqda, öz sıralarını genişləndirməkdədir. YAP-ın nəinki ölkəmizdə, eyni zamanda, regionda ən böyük siyasi partiya olmasının qürurverici fakt olduğunu diqqətə çatdıran millət vəkilinin sözlərinə görə, partiyanın bu qüdrətə sahib olmasının başlıca şərti onun xalq tərəfindən sevilməsi, dəstəklənməsidir. S.Məmmədov deyib ki, məhz xalqın bu cür böyük etimad göstərməsi və ciddi dəstəyi partiyanın uğurlarında əsas rol oynayır. Yarandığı tarixdən 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak etmiş və yüksək nəticə əldə etmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə qazanacaq.
Millət vəkili Əhəd Əhmədov isə Azərbaycanda bələdiyyə strukturunun formalaşması və tarixindən geniş bəhs edib: “1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi. 2004-cü ildə isə ölkəmizdə ikinci dəfə bələdiyyə seçkiləri keçirilib. Hazırda 3-cü mərhələnin astanasında olduğumuz bir məqamda, tam səmimi olaraq deyə bilərik ki, bələdiyyələr ölkəmizin siyasi, iqitsadi, mədəni həyatında fəal rol oynamağa başlayıblar. Mən əminəm ki, gələcək illərdə onlar öz üzərinə daha böyük missiyalar götürəcək, xalqımıza daha yüksək səviyyədə xidmət edəcəklər”.
Sonra çıxış edən YAP-ın namizədləri partiyamız tərəfindən onlara böyük etimad göstərildiyini söyləyib və üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildiriblər. Onlar əmin ediblər ki, seçiləcəkləri təqdirdə bütün qüvvələri ilə onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar. Sonda seçicilərin çoxsaylı sualları cavablandırılıb.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

