/ / “Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16.07.2019 [09:39]
Azərbaycanın avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanması hər kəsə bəllidir. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. Onu da vurğulamaq yerinə düşər ki, YAP-ın bir çox sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir. Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirir, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirirlər. Bütün bunlardan əlavə, ölkə gəncliyi, həmçinin onlara göstərilən diqqət və qayğı da YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Təsadüfi deyil ki, məhz YAP tərəfindən bir neçə ildir böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbləri” layihəsi artıq ənənəyə çevrilib.
Hər il təşkil olunan layihə bu mövsüm də baş tutub. Belə ki, 2007-ci ildən həyata keçirilən “Yay məktəbləri” çərçivəsində bu il də gənclər üçün Lerik rayonundakı “Relax” istirahət mərkəzində və Oğuz rayonundakı “Afra” hoteldə hər qrupda 70 nəfər olmaqla 5 günlük “Yay məktəbləri” təşkil olunub.
Layihənin məqsədi gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, həm də onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkili olub. “Yay məktəbləri”ndə YAP-ı təmsil edən deputatlar, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olublar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlandıran suallara cavab veriblər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Bunu həmin layihə iştirakçısı olmuş gənclər də etiraf edirlər.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının məsləhətçisi Güldanə Orucova bildirib ki, bu cür layihələr partiyanın Bakı şəhərindəki təşkilatlarındakı gənclərlə bölgədəki rayon təşkilatlarının gəncləri arasındakı ünsiyyəti formalaşdırır, əlaqələri yaradır, yeni fikir və ideyaların meydana çıxmasına şərait yaradır: “YAP-ın təşkil etdiyi “Yay məktəbləri” layihələri bu baxından gənclər üçün böyük imkanlar yaradır”.
YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin fəalı Tunarə Məmmədzadə deyib ki, biz gənclər nəzəri baxımından təhsil aldığımız müddətdə əldə etdiyimiz bilikləri, təcrübələri həmin düşərgələrdə keçirilən diskussiyalarda paylaşmaq imkanı əldə etmiş oluruq. Bu zaman həm biz öz potensialımızı reallaşdırırıq, özümüzü sübut edirik, malik olduğumuz natiqlik, fikir yürütmə keyfiyyətlərimizi üzə çıxarırıq, həm də bildiklərimizin mübadiləsini aparırıq.
YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə isə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyinə özünü sübut etmək, daxili istedadını üzə çıxarmaq üçün perspektivli fəaliyyət platforması yaradır. Biz gənc nəsil çox xoşbəxtik ki, Azərbaycanın çiçəklənən dövrünün vətəndaşlarıyıq, eyni zamanda, ölkəmizin avanqard siyasi qüvvəsinin üzvləriyik.
YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı da əqidə yoldaşının fikirlərini bölüşərək deyib ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Yay məktəbləri” layihəsi, eyni zamanda, gənclərə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli dövlətçiliyimizin tarixi, onun möhkəmləndirilməsi, həmçinin ölkədə reallaşdırılan siyasi-iqtisadi kurs haqqında biliklərin əldə olunması istiqamətində əlverişli şans verir: “Millət vəkillərinin, Azərbaycan ziyalılarının iştirakı ilə keçirilən diskussiyalarda praktik biliklər əldə edə bildik. Diskussiyalarda bir daha bugünkü zəngin və müstəqil Azərbaycanın necə ağır dönəmlərdən keçərək, inkişafın yeni mərhələsinə yüksəldiyini əyani şəkildə təsəvvür edirdik”.
“Qeyd edim ki, müstəqil Azərbaycanın bu cür sürətli və stabil inkşafı heç də hər kəsdə sevinc hissi doğurmur. Elə xaricdə olduğu kimi, daxilimizdə də Vətənimizin uğurlarına sevinməyənlər var. Onlar bütün vasitələrdən istifadə edərək, Azərbaycana qarşı təbliğat aparır, dövlətimizin nailiyyətlərinə kölgə salmağa çalışırlar. Bunları isə internet, sosial şəbəkələr üzərindən həyata keçirirlər”, - deyən YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Aqşin Bağırov əlavə edib ki, biz gənclərin “Yay məkəbləri” layihəsi çərçivəsində əsas müzakirə mövzularımızdan biri bu oldu: “Məhz sosial şəbəkələrlə bağlı diskussiyalarda bütün gənclərin fikirləri üst-üstə düşdü. Birincisi, bu sahədə daha səmərəli işləmək üçün respublika gənclərinin yekdil qərarı oldu, ikincisi, daxildəki “sapı özümüzdən olan baltalar”ın əməlləri pislənildi”.
“Yay məktəbi” iştirakçısı YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev qeyd edib ki, bu layihə biz gənclərə bir daha canlı ünsiyyət qurmağa, fikir mübadiləsi aparmağa, vahid məqsəd ətrafında daha sıx birləşməyə, bəzi hallarda anti-Azərbaycan qüvvələrinin şirnikləşdirici vədlərinə aldanaraq səhv istiqamət götürən gənclərin düz yola gətirilməsi üçün çağırışlar etməyimizə şans verdi.
YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov vurğulayıb ki, partiyanın “Yay məktəbləri” ilk növbədə gənclərin mənalı istirahətini təşkil etməklə yanaşı, onlarda müstəqil fikir yürütmə, söylənilən fikrə qarşı tezislə çıxışetmə, maraqlı və intellektual diskussiya aparma və s. kimi keyfiyyətləri formalaşdırır.
“Bütövlükdə layihənin proqramına nəzər saldıqda görürük ki, məktəbin iştirakçıları daim zehni, intellektual atmosferlə əhatələnir”, - deyən YAP Saatlı rayon təşkilatının məsləhətçisi Aqşin Əliyev qeyd edib ki, respublikamızın tarixi, görməli yerlərilə tanışlıq, intellektual və digər profilli oyunlar, maraqlı söhbətlər və diskussiyalar insanın həm dünyagörüşünü zənginləşdirir, həm də hazırcavab insan kimi yetişdirir. Bu, unikal bir layihədir ki, gəncliyimiz “Yay məktəbləri”ndən hələ çox fayda götürəcək.
Sonda gənclər bir daha YAP rəhbərliyinə bu cür layihə təşkil etdiyinə görə minnətdarlığını, daim Azərbaycan gəncliyinə dəstək olan, onların inkişafı üçün bütün lazımi şəraiti yaradan Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

