Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib
07.09.2019 [10:01]
Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib. Partiyanın İcra Katibliyində təşkil olunan aksiyada Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri və Abşeron rayon təşkilatlarının üzvləri iştirak ediblər.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu aksiya partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir. Bu aksiyanın məhərrəmlik ayına təsadüf etdiyini deyən S.Novruzovun sözlərinə görə, dini mərasimlər dövründə dindən kənar hərəkət etmək olmaz: “Kimsə aşura günü zəncir vurur, başını yarır, amma bunların heç biri olmaz, çünki İslam qadağan edir. Allah-taala da buyurub ki, heç kəs öz bədəninə ziyan vura bilməz. Ona görə də ən düzgün yol qan verməkdir. Aşura günü insanlar məscidlərə gedib qan versinlər”.
Bu təşəbbüsün əhəmiyyətini vurğulayan S.Novruzov deyib ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcək. Partiyamızın üzvlərinin aksiyada fəal iştirak etdiyini deyən S.Novruzov söyləyib ki, YAP bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir və belə aksiyalar gələcəkdə də davam edəcək.
Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən YAP İcra katibinin müavini bildirib ki, partiyamızın üzvləri bu təşəbbüsləri ilə həm də nümunə göstərirlər. Müxalifət nümayəndələrini də bu aksiyaya dəvət edən S.Novruzovun sözlərinə görə, onlar indiyə qədər nə qanvermə, nə ağacəkmə, nə də digər xeyirxah tədbirlər keçirib, əksinə görülən müsbət işlərə kölgə salmağa çalışıblar, öz fəaliyyətlərini söyüş, təhqir, böhtan üzərində qurublar.
“Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyası keçirir. Bu aksiya böyük məna daşıyır”. Bu fikirləri isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib. M.Quliyev bildirib ki, qanvermə aksiyası humanizm aksiyasıdır, cəmiyyətin üzvlərinin qana ehtiyacı olan insanlara köməyidir. Onun sözlərinə görə, bu cür xeyirxah tədbirlərlə insanlarımız birlik, həmrəylik nümayiş etdirir: “Yeni Azərbaycan Partiyasının bu təşəbüüsü respublikamızın hər yerində, bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır. Bunun nəticəsidir ki, aksiyada müxtəlif təşkilatların nümayəndələri də könüllü olaraq iştirak edirlər. Bilirsiniz ki, talassemiya, hemofiliya, müxtəlif cərrahi əməliyyatlar keçirən insanların qana ehtiyacı var. Bu aksiya vasitəsilə həmin insanlara təmənnasız olaraq yardım göstərmiş oluruq. Bu da dövlətimizin, partiyamızın humanist xarakterindən, xalqımızın həmrəyliyindən irəli gəlir. Çox sevindiricidir ki, bu prosesdə gənclərimiz çox fəaldır. Bu da nümunəvi haldır. Bir sözlə, nəcib əməllərin insanlar arasında paylaşılması çox yaxşı haldır. Bununla da biz xoş ənənələrimizi yaşadırıq”.
“Yeni Azərbaycan Partiyasının təşkil etdiyi qanvermə aksiyası böyük mənəvi əhəmiyyət kəsb edir”. Bu fikri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, partiyamız hər zaman müxtəlif xarakterli aksiyalar keçirir. Onun sözlərinə görə, bunların arasında humanizm xarakterli tədbirlər üstünlük təşkil edir.
“Bu baxımdan, qanvermə aksiyası da böyük əhəmiyyət kəsb edir. Çünki qana ehtiyacı olan insanlar var. Bu onlara həyat verir. Artıq məhərrəm ayı başlayıb və bu ayda qan vermək ənənə halını alıb. Bilirsiniz ki, xurafata uyanlar bu ayda başlarını yararaq, bədənlərinin müxtəlif yerlərinə xəsarət yetirirək qanlarını tökürlər. Biz bu cür hallara yol verməməliyik, xeyirxah əməlləri davam etdirməliyik. Bu ayda ramazan və digər müqəddəs təqvimlərdə olduğu kimi xeyirxahlıq etmək, nəcib işlər görmək ənənə halını alıb. İnsanın öz qanından ehtiyacı olan bir başqasına verməsi böyük nəciblikdir. Ona görə də partiyamızın üzvləri bu kimi aksiyalarda həmişə fəal iştirak edir”, - deyə YAP Siyasi Şurasının üzvləri vurğulayıb.
Aksiyada iştirak edən B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova da Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü yüksək dəyərləndirib. Onun sözlərinə görə, partiyanın hər il belə aksiyalar təşkil etməsi çox humanist addımdır. N.Abbasova deyib ki, toplanan qanlar talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək. Verilən qanlar laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-65 olan sağlam insanlar qan verə bilərlər. “Burada insanlar qan verməmişdən əvvəl həkim müayinəsindən keçirilirlər. İnfeksion xəstəliklər keçirmiş, şəkərli diabet, zob, ürək çatışmazlığı olan, əməliyyat keçirmiş insanlar qan verə bilməz. Qanvermənin müsbət cəhətləri də var. Belə ki, təzyiq yüksəkdirsə qan verdikdən sonra bu normallaşır, qan yaradan orqanların fəaliyyəti yüksəlir, ürək fəaliyyətinə müsbət təsir edir. Ən əsası, insanlar özlərini xoşbəxt hiss edirlər ki, qan verməklə qana ehtiyacı olan insanlar üçün yardım göstərirlər” - deyə N.Abbasova söyləyib.
Qeyd edək ki, qanvermə aksiyasında ümumilikdə 300 nəfər iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

