Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Laçın rayon təşkilatı Beynəlxalq Ahıllar Günü ilə əlaqədar sosial aksiya keçirib

YAP Laçın rayon təşkilatı Beynəlxalq Ahıllar Günü ilə əlaqədar sosial aksiya keçirib

03.10.2019 [09:27]

Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının təşəbbüsü ilə Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış ahıl sakinlər ziyarət edilib və onlara sovqat çatdırılıb.
Beynəlxalq Ahıllar Günü münasibətilə Sosialist Əməyi Qəhrəmanı Şərqiyə Vəliyevanın evində çay süfrəsi arxasında təşkil edilən görüşdə ahıllarla səmimi söhbət edilib. Onların həyat təcrübəsinə müasir gəncliyin daim ehtiyacı olduğu qeyd olunmaqla, keçdikləri şərəfli ömür yolunun və zəhmətsevərliklərinin hər kəs üçün nümunə olduğu bildirilib.
Səmimi keçən görüşdə Şərqiyə Vəliyeva və Laçın Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov bu ziyarətin təşkilinə görə sevinclərini ifadə edib, işlədikləri illərlə bağlı öz xatirələrini bölüşərək, Vətənə, xalqa xidmət etməyin ən şərəfli iş olduğunu vurğulayıblar. Ahıllar yaşlarının ixtiyar çağında onlara dövlət qayğısının ilbəil artdığından razı qaldıqlarını deyərək, göstərilən hərtərəfli diqqətə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30