Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Mingəçevir şəhər təşkilatı Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirib

YAP Mingəçevir şəhər təşkilatı Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirib

03.10.2019 [09:27]

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Gününə həsr olunmuş sosial xarakterli tədbir keçirilib. Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ahıl yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. İ.İsmayılov Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə davamlı addımların atıldığını deyib. Eyni zamanda, İ.İsmayılov dövlət başçısının diqqət və qayğısı ilə şəhərdə aparılan abadlıq, tikinti-quruculuq işləri barədə məlumat verib.
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək dövlətimizin hər bir vətəndaşının sosial rifahının təmin olunmasını, o cümlədən qayğıya ehtiyacı olan bütün insanları diqqət mərkəzində saxladığını bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da ahıllara diqqət və qayğı ilə bağlı, xalqımızın ənənələrinin yaşadılmasına dair tədbirlərini davam etdirir.
C.Yusubov deyib ki, YAP Mingəçevir şəhər təşkilatı, onun Gənclər Birliyinin üzvləri şəhər ərazisində yaşayan, qayğıya ehtiyacı olan ahıllara baş çəkib, onlara yardım göstəriblər.
Tədbirdə çıxış edən ahıllar diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, ölkə rəhbərinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini deyiblər.

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30