Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Əli Əhmədov “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə yaradılan şəraitlə tanış olub

Əli Əhmədov “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə yaradılan şəraitlə tanış olub

05.10.2019 [09:58]

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yevlax şəhərinə səfəri çərçivəsində “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə yaradılan şəraitlə tanış olub.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini - baş həkim Nurəddin Əhmədov iştirak ediblər.
“Mərkəzi rayon Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov qonaqlara Azərbaycanda yaradılan pilot layihə çərçivəsində görülən işlər barəsində məlumat verib, Azərbaycan səhiyyəsinə göstərilən diqqət və qayğıdan söz açıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və qonaqlar xəstəxananın poliklinika şöbəsi, laboratoriya və digər şöbələri ilə tanış olublar. Əli Əhmədov həkim peşəsinin müqəddəsliyindən, səhiyyənin inkişafı sahəsində görülən işlərdən, İcbari Tibbi Sığortanın uğurlarından danışıb və bu pilot layihənin əhalinin hər bir təbəqəsi üçün əlçatan olduğunu vurğulayıb. Xəstəxanada olan rayon sakinləri İcbari Tibbi Sığortanın əhəmiyyətindən məmnunluq bildirərək qeyd ediblər ki, məhz yeni sistemin tətbiqi insanlara tibbin imkanlarından istifadə üçün geniş imkanlar yaradıb və yaradılan bu şərait üçün Prezident İlham Əliyev cənablarına xüsusi minnətdarlıq bildiriblər.

Paylaş:
Baxılıb: 863 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30