Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir

YAP Nərimanov rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir

12.10.2019 [10:25]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Təbriz küçəsi 19 ünvanlı ərazi ilk partiya təşkilatında görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib. O bildirib ki, bu gün ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və Azərbaycanın dünya dövlətləri arasında nüfuzu durmadan artır. Təmraz Tağıyev müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini söyləyib. O həmçinin Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatı olduğunu deyib. Çıxışlarda qeyd edilib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir və Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır, onun ətrafında sıx birləşdiyini nümayiş etdirir.
Tədbirdə ərazi ilk partiya təşkilatlarının qarşısında dayanan vəzifələrlə bağlı müvafiq tövsiyələr verilib.

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30