/ / YAP İcra Katibliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mətbuat konfransı keçirib
YAP İcra Katibliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mətbuat konfransı keçirib
08.11.2019 [09:42]
Qorxmaz Hüseynov: Əhalinin keyfiyyətli içməli su təminatı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir
Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mətbuat konfransı keçirib. Mətbuat konfransında Qorxmaz Hüseynov ötən dövr ərzində görülən işlər haqqında geniş məlumat verib. Ölkəmizin hər yerində abadlıq və quruculuq işlərinin həyata keçirildiyini deyən “Azərsu” ASC-nin sədri bildirib ki, bütün sahələrdə olduğu kimi su sektoruna da böyük diqqət yetirilir. Onun sözlərinə görə, ölkəmizdə bu sektorun inkişafı prioritetlərdən biridir.
ASC sədri deyib ki, əhalinin içməli su ilə təminatı məsələsi dövlət başçısının daim diqqətindədir. Q.Hüseynov diqqətə çatdırıb ki, bu istiqamətdə ölkə Prezidenti tərəfindən müvafiq Dövlət proqramları təsdiq olunub. Həmin proqramlar regionları, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasını da əhatə edir. Bu proqramlar ardıcıl şəkildə icra olunur və irimiqyaslı layihələr həyata keçirilir. Onun sözlərinə görə, regionlarda bu vaxta qədər 50 rayonda işlər başlanıb və artıq 30 rayonda işlər başa çatıb: “Ümumiyyətlə, həyata keçirilən layihələrin elementlərinə diqqət yönəltmək istəyirəm. İlk öncə su mənbəyini müəyyənləşdiririk. Mənbədən su şəhərə, yaxud rayon mərkəzinə gətirilir. Sonra rayon və şəhər mərkəzində su kanalizasiya infrastrukturu qurulur. Sonda istifadə olunmuş suyun kənarlaşdırılması və təmizlənməsi həyata keçirilir. Bu dörd elementlə yanaşı, suyun keyfiyyəti məsələsi də öz prioritetliyini qoruyur. Qeyd olunan 30 rayonun əksəriyyətində bu mərhələnin hamısı başa çatıb. Suyun keyfiyyəti məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bir neçə rayonda tullantı sutəmizləyici qurğuların tikintisi həyata keçirilib. 11 rayonda su layihəsi başa çatıb, kanalizasiya layihələri icradadır. Gəncə, Şəki, Şəmkir, Qax, Mingəçevir şəhərlərində işlər davam edir. Oktyabrın 28-də ölkə Prezidenti İlham Əliyev Ağdaş şəhərinin icməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi tədbirində iştirak etdi. Hələlik, beş rayon və şəhərdə işlər qalıb. Bunlar Yevlax, Bərdə, Horadiz, Balakən və Neftçaladır. Artıq Yevlax və Horadizdə işlər başlanıb. Gələn il Bərdə, Balakən və Neftçalada da işlər başlanacaq. Bir neçə rayonda tullantı su təmizləyici qurğularının tikintisi həyata keçirilir. Xaçmaz, Xızı, Qobustan, Tərtər, Qazax, Gədəbəy, Daşkəsən, Beyləqan, Ağcabədi və Ağdaş rayonlarında sutəmizləyici qurğuların inşası başa çatdırılıb”.
Q.Hüseynov söyləyib ki, son vaxtlar yağıntının az olması ilə əlaqədar bir sıra çətinliklər müşahidə edilib: “Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında vəsait ayrılıb və həmin rayonlarda alternativ mənbələrin yaradılmasını həyata keçirmişik. Gədəbəy və Lerikdə bu layihələrin icrası başa çatıb. Şamaxı, Tovuz və Şəkidə isə alternativ mənbələrin yaradılması işləri davam etdirilir. Düşünürəm ki, ilin sonuna qədər Şamaxıda, gəlin il isə Tovuz və Şəki şəhərlərində alternativ mənbələrin tikintisi yekunlaşacaq”.
ASC sədri bildirib ki, bölgələrdə həyata keçirilən ən böyük layihələrdən biri Şəmkirçay su anbarından mənbəyi götürülən Şəmkirçay su təmizləyici qurğular kompleksidir. Bu qurğunun sutkalıq məhsuldarlığı 140 min kubmetrdir. Qurğu vasitəsilə Gəncə, Samux və Şəmkir şəhərlərinin su təchizatı həyata keçirilir.
Respublikanın kəndlərində də layihələr həyata keçirdiklərini bildirən Q.Hüseynov bu il 7 rayonun 18 kəndində 30 min insanın su ilə təminatının yaxşılaşdırıldığını diqqətə çatdırıb: “Artıq 1045 kənddə suyun təmizlənməsi 485 modul tipli qurğular vasitəsilə həyata keçirilir. Modul tipli qurğuların su emalı nəticəsində 690 min əhali bundan faydalanır. Alternativ su mənbələri olmayan kəndlərdə əhali bu qurğularla içməli su əldə edirlər”.
Q.Hüseynov onu da bildirib ki, Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və s. kimi parametrlər öz əksini tapacaq: “Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə çatdırılıb”.
Q.Hüseynov, həmçinin deyib ki, il ərzində Abşeron yarımadasında əhalinin fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib: “Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə çatdırılıb. Bu statistikanın özü hər şeyi deyir. Şəhər çox sürətlə böyüyür. Böyüməkdə olan şəhərin su təchizatı da buna uyğun olaraq zaman-zaman həyata keçirilir. İl ərzində 27 qəsəbədə, 40-dan çox məntəqədə fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib. Bunun üçün isə 270 km yeni su xətti çəkilib. Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq su təmizləyici qurğular üzərindədir. Əvvəllər yalnız Oğuz-Qəbələ-Bakı su kəməri və Ceyranbatan su anbarları yarımadanın su təminatında mühüm yer tuturdu. İndi Taxtakörpü su anbarı da Abşeron yarımadasının su təchizatında bir nömrəli rol oynayan mənbədir. Dayanıqlı su ehtiyatı əldə edənə qədər şəhərdə fasiləli su rejimi tətbiq edilirdi. Bakı şəhərinin böyük bir ərazisi fasiləli rejimdə qurulmuşdu. Biz ilk olaraq fasiləsiz rejimə keçmək məsələsini müzakirə etdik. Fasiləsiz rejimə keçdikdən sonra abonentlərimizin sayı 300 minədək artıb. Fasiləsiz rejim suya daha çox qənaət etməyə imkan verib. Bu, son deyil. Gələcəkdə yeni içməli su anbarlarının tikintisini planlaşdırmışıq”.
Gələcəkdə görüləcək işlər barədə məlumat verən Q.Hüseynov qeyd edib ki, Xırdalan şəhərinin də su təminatı yaxşılaşdırılır. Bu ərazidə əhali çox sürətlə artır. Burada köhnə infrastruktur hələ fəaliyyət göstərirdi. Yenidənqurma işləri bu ilin sonuna qədər başa çatdırılacaq. Eyni zamanda, gələn il Abşeron yarımadasının əksər qəsəbələrində həm su, həm də kanalizasiya layihələri icra olunacaq. Xüsusilə magistral su xətlərinin, su anbarlarının, daşıyıcı kollektorların tikintisi həyata keçiriləcək.
Q.Hüseynovun sözlərinə görə, Bakıda su filtrlərinin reklamçıları “Azərsu”nun sakinlərə verdiyi suyun keyfiyyətini pisləyirlər. O qeyd edib ki, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə “Azərsu”nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur. Bakıda əhaliyə verilən suyun keyfiyyəti yüksəkdir”.
ASC sədri, həmçinin kooperativ binalarda suyun çirkli olması məsələsinə toxunub. O qeyd edib ki, kooperativ binaların özlərinin su anbarları olur: “Su anbarları ən azı ildə bir dəfə təmizlənməli və yuyulmalıdır. Ancaq təəssüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparılır”.
Q.Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranması hallarına da münasibət bildirib. O qeyd edib ki, yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir. ASC sədri söyləyib ki, kanalizasiya xətlərinə yad tullantılar çox atılır: “Digər tərəfdən, Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.
“Azərsu” ASC-nin rəhbəri onu da diqqətə çatdırıb ki, gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək.
Q.Hüseynov Bakıda su xətlərinin təmiri zamanı yol qazıntılarının aparılması və bununla bağlı ictimaiyyətdə müəyyən narahatlıqların olması məsələsinə münasibət bildirərək deyib ki, qəza baş verən zaman mütləq yol qazılmalı və təmir işləri aparılmalıdır: “Cəmiyyətdə belə təəssürat yaranır ki, “Azərsu” yolu qazdı, təmir etməyib getdi. Ancaq elə deyil. Bizim asfalt təsərrüfatımız yoxdur. Ona görə də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə müqaviləmiz var. Biz qəzanı aradan qaldırdıqdan sonra Agentlik həmin ərazidə asfaltı təmir edir. Bəzən elə olur ki, 2-3 kvadratmetr yeri qazırıq. Agentliyin də imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib düzəltsin. Ola bilsin ki, bu proses 1-2 gün çəkir. Ona görə də cəmiyyətdə belə fikir formalaşır ki, “Azərsu” qazdı, düzəltmədi. Biz “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə ciddi koordinasiya ilə işləyirik. Bildiyim qədəri ilə Agentlik yeni texnikalar alıb ki, bu da təmir işlərini xeyli asanlaşdıracaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

