Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb
21.11.2019 [09:46]
“Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurət, sosial sifariş əsasında yaranmış, xalqın, şəxsiyyət ətrafında toplaşmış insanların ideya birliyi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının funksioneri, siyasi ekspert Rasim Quliyev deyib.
YAP-ın yaranma tarixinə nəzər salan ekspert xatırladıb ki, Azərbaycan xalqı Sovet imperiyasında mövcud ayrı-seçkilik münasibətinə, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən vəhşiliklərə etiraz olaraq ilk dəfə 1988-ci ilin noyabrın 17-dən başlayaraq kütləvi şəkildə mübarizəyə qalxdı: “O zamana qədər Sovet imperyasında xalqın belə açıq şəkildə mübarizəsi çox nadir halda, bəzi respublikalarda epizodik şəkildə baş vermişdi. Ancaq Azərbaycan xalqı kütləvi mübarizəyə qalxdı və dekabrın 4-dən 5-nə keçən gecə sovet əsgərləri nümayişçilərə güc tətbiq etdi. Həmin dövrdə həm mənəvi, həm də psixoloji şəkildə Sovet imperiyasının “dəyənəyini yedikdən” sonra xalq özünün liderini, güvənəcəyi şəxsi mübarizə meydanında görmədi və xalq hərəkatının böyük dalğası 1989-cu ilin sonunda yenidən gücləndi. Həmin ilin dekabrın sonunda Azərbaycanda Sovet sərhədlərinin sökülməsi ilə vüsət alan xalq hərəkatı yeni mərhələyə qədəm qoydu. Xalqımız dekabrın 31-də yenidən həmrəylik göstərərək böyük izdihamla mübarizəyə qalxdı. 1990-cı ilin yanvarın 20-sində isə xalqımız artıq imperiyanın dəyənək zərbəsini deyil, açıq qətliam zərbəsini aldı. Məhz bundan sonra Azərbaycan xalqı özünün liderini axtarmağa başladı. Xalq mənəvi şəkildə özünün gücsüz, başsız olduğunu bir daha dərk etdi”.
R.Quliyev söyləyib ki, həmin dövrdə istər Azərbaycanda meydan hərəkatında, istərsə də sonrakı dövrlərdə xalqın tribunasında çıxış etmək istəyən həqiqi ziyalılarla yanaşı, populist mikrafon həvəskarları da var idi: “Lakin onların heç biri həqiqi liderə çevrilə bilmirdilər. Çünki, xalq onları lider kimi görmürdü. Xalq 1990-cı ildə idarəçiliyinə, əqidəsinə, intellektinə bələd olduğu, tanıdığı Ulu Öndər Heydər Əliyevə yenidən üz tutdu”.
Onun sözlərinə görə, həmin dövrdə xalq yalnız öz Liderini tanıyırdı, Heydər Əliyevi və Onun ətrafında toplaşan insanları qəbul edirdi: “Bununla da şəxsiyyət ətrafında cəmləşən insanların partiyası yarandı. Bu partiya həmin dövrdə sözsüz ki, cəmiyyətin idarə olunmasında bir təşkilat rolunu oynamaq məqsədi daşıyırdı və həmin məqsədə nail oldu”.
Partiya funksioneri qeyd edib ki, sosial sifarişlə, müxalifət partiyası kimi yaranan YAP-ı daha sonra xalq iqtidarda görmək istədi və nəticədə xalqın dəstəyi ilə partiya iqtidara gəldi: “YAP Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın idarə olunmasında çox böyük siyasi məktəb rolunu oynadı. Tezliklə Azərbaycanda ən böyük sosial bazası, funksional strukturu olan ən ciddi partiya məhz YAP oldu. Eyni zamanda, partiya hazırki müasir inkişaf dövründə yeniləşərək, beynəlxalq münasibətlər sisteminə inteqrasiya edərək regionda ən ciddi, dayanıqlı, struktura malik olmaqla yanaşı, özünün ideoloji prinsipləri, xətti müəyyən olunan, sabit, inkişafda olan mütərəqqi partiyadır. Əhalinin say nisbəti ilə götürsək böyüklüyünə görə bəlkə də Avropada YAP-la rəqabət apara biləcək az sayda partiya tapmaq mümkündür. Bu gün partiya böyük siyasi tədbirləri yüksək səviyyədə təşkil etməklə yanaşı, özünü ən müasir intellektual dəyərlər, modern texnoloji vasitələrlə ifadə edə bilir. Mən bu gün YAP-ı regionda ən böyük, güclü, intellektual səviyyəsi yüksək olan partiya kimi dəyərləndirirəm. Qonşu dövlətlərdə də hazırda YAP-la həm ideya, həm təşkilatçılıq, həm struktur, həm də funksionallıq baxımından rəqabət apara biləcək ikinci partiya görmürəm”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:15
Dünya
23 Avqust 22:47
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55

