Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatında ilk dəfə səs verən gənclərlə görüş keçirilib

YAP Abşeron rayon təşkilatında ilk dəfə səs verən gənclərlə görüş keçirilib

20.12.2019 [09:40]

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə dünən ilk dəfə səs verən gənclərlə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib. Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu dövlət siyasəti gənclərin inkişafında mühüm rol oynayır.
Bildirilib ki, son illərdə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, yüksək təhsil almaları üçün mühüm addımlar atılır, Dövlət proqramları qəbul olunur.
B.Vəliyev onu da vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanın demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yer tutmasını şərtləndirib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, YAP bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir. Ona görə də hər bir seçkidə partiyamızın qələbəsi reallaşır: “İnanıram ki, bu seçkilərdə də YAP-ın rayon təşkilatları, o cümlədən YAP Abşeron rayon təşkilatı ən layiqli insanların namizədliklərini irəli sürməklə qələbənin təməlini qoyublar. Ölkə gəncliyi Prezident İlham Əliyev siyasətini dəstəkləyir. Mən əminəm ki, Abşeron gəncləri bu seçkilərdə məhz YAP-ın namizədlərini dəstəkləyəcəklər”.
Daha sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədr müavini Könül İbrahimova, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev və digər gənclər bələdiyyə seçkilərində gənclərə göstərilən etimadın yüksək olduğunu bildiriblər. Qeyd olunub ki, partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş gənclər aktiv ictimai fəaliyyətinə görə fərqlənir və onlar sakinlər arasında yüksək nüfuza malik insanlardır.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30