/ / 19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
18.01.2020 [10:55]
Hikmət Babaoğlu: Azərbaycan gəncləri öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına töhfələr verməlidirlər
Yanvarın 17-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib. O, eyni zamanda, parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib. T.Tağıyev gənclərin məhz YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəklərinə əminliyini vurğulayıb. T.Tağıyev Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, dövlət gənclər siyasətindən geniş bəhs edib. O, həmçinin ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini bildirib.
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlunun fəaliyyəti haqqında məlumat verən T.Tağıyev deyib ki, o, 2015-ci ildə keçirilmiş seçkilərdə məhz bu dairədən millət vəkili seçilərək Nərimanov rayon seçicilərini parlamentdə təmsil edib. Fəaliyyəti dövründə Nərimanov rayon seçiciləri ilə sıx təmasda olan Hikmət Babaoğlu ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edib.
Görüş iştirakçılarından Rasim Rzaxanov və Qabil Qafarov çıxış edərək parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Qeyd olunub ki, indiyə qədər keçirilmiş bütün seçkilərdə qələbə qazanmış YAP bu dəfə də seçkilərin favoritidir. Natiqlər qeyd ediblər ki, 19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu ziyalı, elm adamı olmaqla yanaşı, həm də peşəkar siyasətçidir. 9 fevralda Nərimanov rayon gənclərinin seçimi YAP-ın namizədi Hikmət Babaoğlu olacaq.
Çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu Milli Məclisdə fəaliyyəti dövründə Nərimanov rayon seçicilərini layaqətlə təmsil etməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi üçün aidiyyəti dövlət qurumlarına ünvanlanıb.
Hikmət Babaoğlu deyib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir: “Eyni zamanda, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. Bundan sonra YAP lokomotiv siyasi güc olmaqla sürətlə inkişaf etməyə, siyasi sistemə yeni dəyərlər təqdim etməyə başladı. YAP, həmçinin üzərinə düşən tarixi missiyanı reallaşdıraraq siyasi mədəniyyətin formalaşması və yeni komponentlərlə zənginləşməsində müstəsna rol oynadı”.
Deputatlığa namizəd əlavə edib ki, YAP bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və uğurla inkişaf edir.
“Eyni zamanda, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın daxili və xarici siyasəti müstəqilliyi ilə seçilir. Bugünkü müstəqilliyimizin qorunub inkişaf etdirilməsi məsələsində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev də çıxışlarında gənclərə inandığını vurğulayıb. Çünki hər bir xalq üçün müstəqillik ən böyük nemətdir. Azərbaycan gəncləri ayıq-sayıq olmalı, müstəqilliyimizi qorumalı və öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına töhfələr verməlidirlər. Partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevin gənclərə əsas tövsiyəsi də bundan ibarətdir”, - deyə deputatlığa namizəd vurğulayıb.
YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Hikmət Babaoğlu gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45

