Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Göygöl seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Göygöl seçiciləri YAP-ın namizədinə səs verəcəklər

22.01.2020 [10:28]

Fevralın 9-da keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Elşad Mirbəşiroğlu Göygöl rayonunun Çaylı, Pənahlılar, Dozular, Sarısu, Qarabulaq və Quşçu kəndlərində seçicilərlə görüşüb.
YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev görüşlər zamanı parlament seçkilərinin əhəmiyyətindən bəhs edərək deyib ki, demokratik inkişaf yolunda irəliləyən Azərbaycan növbəti seçkilərə sabitlik, əmin-amanlıq şəraitində gedir. O, əmin olduğunu bildirib ki, seçicilər yüksək fəallıq göstərərək inkişaf və rifaha səs verəcəklər: “Ümidvarıq ki, bu seçkilərdə də xalqımızın alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstəriləcək”.
Deputatlığa namizəd Elşad Mirbəşiroğlu Yeni Azərbaycan Partiyasının yüksək nüfuza sahib olduğunu bildirib. Onun sözlərinə görə, YAP cəmiyyətin yüksək etimadı və dəstəyi sayəsində qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanıb. E.Mirbəşiroğlu seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Seçicilər isə ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30