Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədi Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşüb

YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədi Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşüb

22.01.2020 [11:05]

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ağalar Vəliyev Goranboy rayonunun Qızılhacılı qəsəbəsində, Tatarlı və Tapqaraqoyunlu kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Niyazi Aslanovun, Sərxan Ocaqverdiyevin, Yunis Əliyevin və rayon Ağsaqqallar Şurasının sədri Tariyel Abbasovun ailə üzvləri ilə görüşüb.
Görüş zamanı Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin mahiyyətindən bəhs olunub, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığı bildirilib. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edilib. Diqqətə çatdırılıb ki, son 16 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə 7500-dən çox mənzil və fərdi yaşayış evi, 7000-ə yaxın minik avtomobili verilib, 18000-dək şəhid vərəsəsi 11000 manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib.
Deputatlığa namizəd Ağalar Vəliyev şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərin bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaqlarını vurğulayıb. Görüş iştirakçıları ölkə rəhbərliyi, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30