Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik

38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik

22.01.2020 [11:07]

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.
Görüş üçün nəzərdə tutulmuş yerlərdə görüşlər keçirən Naqif Həmzəyev həmçinin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin ərazisində olan məhəllələrdə seçicilərlə görüşür.
Seçicilər də öz növbəsində deputatlığa namizədin görüşlərinə böyük maraq göstərir, onları maraqlandıran sualları Naqif Həmzəyevə ünvanlayırlar.
Seçicilərin fəallığı ilə keçən görüşlərdə Naqif Həmzəyev bildirib: “V çağırış Milli Məclisin deputatı kimi, fəaliyyətim dövründə də qapımız hər zaman bütün seçicilərin üzünə açıq olub. Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm, səlahiyyətim çərçivəsində müraciətlərinizin həllinə çalışmışam”.
Naqif Həmzəyevin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirən seçicilər birmənalı olaraq növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.
Naqif Həmzəyev seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30