Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatında seçki kampaniyası ilə bağlı toplantı keçirilib

YAP Nəsimi rayon təşkilatında seçki kampaniyası ilə bağlı toplantı keçirilib

05.02.2020 [09:50]

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar səsvermə günü məntəqələrdə müşahidə aparacaq müşahidəçilər, məşvərətçilər və rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə iclas keçirilib.
Tədbiri açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı parlament seçkiləri ilə bağlı rayon təşkilatı tərəfindən görülən işlər haqqında məlumat verib. M.İbrahimqızı seçki günü məntəqələr və dairələrdə səsvermənin gedişini izləmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən təyin edilmiş müşahidəçi və məşvərətçilərə vəzifələri və hüquqları haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin şəffaf, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin və məşvərətçilərin də üzərinə çox ciddi məsuliyyət düşür. Vurğulanıb ki, müşahidəçilərin və məşvərətçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Bu mənada müşahidəçilər və məşvərətçilər üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, obyektiv monitorinq aparmalıdırlar.
Görüş müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30