/ / Bahar Muradova: Arzu edirəm ki, partiyamız bundan sonra da yeni, müasir, qüdrətli Azərbaycan quruculuğunda öz qabaqcıl rolunu qoruyub saxlasın və inkişaf etdirsin
Bahar Muradova: Arzu edirəm ki, partiyamız bundan sonra da yeni, müasir, qüdrətli Azərbaycan quruculuğunda öz qabaqcıl rolunu qoruyub saxlasın və inkişaf etdirsin
21.11.2020 [00:23]
“İlk öncə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla partiyamızın bütün üzvlərini, partiyanın yaradıcılarını və bu partiyanın bütün təəssübkeşlərini YAP-ın yaranmasının 28-ci ildönümü münasibətilə təbrik edirəm. Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən qüdrətli partiyasıdır, bütövlükdə isə postsovet məkanında ən mütəşəkkil və böyük nüfuza malik siyasi qüvvədir. Arzu edirəm ki, partiyamız bundan sonra da yeni, müasir, qüdrətli Azərbaycan quruculuğunda öz qabaqcıl rolunu qoruyub saxlasın və inkişaf etdirsin. Əminəm ki, belə də olacaq. Çünki YAP Cənubi Qafqazda yeganə partiyadır ki, yarandığı vaxtdan keçən müddət ərzində ilbəil nüfuzunu, sosial bazasını, imkanlarını, qüdrətini artırmaqdadır”. Bu fikirləri qəzetimizə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, partiyamızın bünövrəsində Ulu Öndər Heydər Əliyev və Onun yeni Azərbaycan quruculuğuna dair ideyaları dayanır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə yaranmış bu partiya ötən illər ərzində Ulu Öndərimizin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, müstəqil siyasi iradəyə malik qüdrətli dövlətə çevrilməsi işinə xidmət edib. “Biz hər il bu dönəmlərdə partiyanın yaranmasını qeyd edirik, xalqın, dövlətin nailiyyətlərindən danışırıq. Amma bu il isə başqa əhval-ruhiyyə hökm sürür. Əgər xatırlasaq, müstəqilliyimizi elan etdikdən sonra daxildə bölücülüyə yönəlmiş cəhdlərlə, Azərbaycanın ətrafında, bu bölgədə marağı olan beynəlxalq dairələrin ən müxtəlif layihələri ilə üz-üzə olmuşuq. Eyni zamanda, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazimizin bir hissəsi işğal altına düşmüşdü. Partiyamızın uğurlarından, dövlətimizin nailiyyətlərindən danışarkən yeganə problemli məsələ kimi Dağlıq Qarabağ münaqişəsini vurğulayırdıq. Amma bu gün biz fərqli dönəm yaşayırıq”, - deyən YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu il Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq Ali Baş Komandanımızın əmri ilə ordumuz əks-hücum əməliyyatlarına başladı. Onun sözlərinə görə, bu hərbi əməliyyatları xalqımız müqəddəs Vətən müharibəsi kimi səciyyələndirir. 44 gün ərzində 30 ilə yaxın işğal altında olan ərazilərimizin bir hissəsi hərbi yolla, bir hissəsi də siyasi yolla azad olundu. Həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanır.
Dövlət Komitəsinin sədri söyləyib ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsinə nail olduq: “Bu gün biz bu qələbənin sevincini, onun doğurduğu fəxarət hissini yaşayırıq. Bu illər ərzində partiyamızın və onun üzvlərinin, birliyə, həmrəyliyə daha çox önəm verən xalqımızın, etnik mənsubiyyətindən, dini inancından asılı olmayaraq bu coğrafiyanın sakinlərinin dövlətimiz üçün çalışmaları öz müsbət nəticəsini verdi. Bu gün biz vahid Azərbaycan xalqından, dövlətindən və vahid azərbaycançılıq məfkurəsindən danışa bilirik”.
Bahar Muradova qeyd edib ki, bütün bu hadisələrin, müsbət dəyişikliklərin fonunda YAP-ın 28 il əvvəl yaradılmasının nə qədər uzaqgörən və əhəmiyyətli hadisə olduğuna əmin oluruq: “Həqiqətən də, bu gün müasir, yeni Azərbaycan quruculuğuna partiyamızın verdiyi töhfələri tamamilə yeni rakursdan dəyərləndiririk. Eləcə də münaqişə dönəmində, müqəddəs savaş günlərində YAP üzvlərinin və onun tərəfdaşlarının, təəssübkeşlərinin fədakarlıqlarını, qəhrəmanlıqlarını ürək dolusu qeyd edirik. Ən böyük minnətdarlığımız partiyamızın Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevədir. Çünki məhz Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində biz qələbəyə nail olduq. Eyni zamanda, biz Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla yad edirik. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycanı öz ərazi bütövlüyünə qovuşdurdu. İnanıram ki, bu yol Azərbaycanın bundan sonra daha da qüdrətli ölkə olmasına öz töhfələrini verəcək. Yeni Azərbaycan Partiyası uzun illər Azərbaycana sədaqətlə xidmət edəcək və biz hər zaman qürurla söyləyə biləcəyik ki, Azərbaycan vətəndaşları, azərbaycanlı olduğumuz üçün fəxr edirik”.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40

