Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlaxda “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans keçirilib

Yevlaxda “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans keçirilib

28.11.2020 [01:23]

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans keçirilib. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxış edən YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Vaqifli rəşadətli Azərbaycan Ordusunun cənab Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi qələbə barədə danışıb, bu uğurun şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Daha sonra çıxış edən Vətən müharibəsinin qazisi kapitan Divani Məmmədov Azərbaycan Ordusunun hər zaman Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirib. 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Ordumuzun mənfur düşmənə ağır zərbə vurduğunu deyən kapitan Divani Məmmədov Azərbaycan əsgərinin qəhrəmanlıqları barədə danışıb.

Videokonfransda çıxış edən Vətən müharibəsinin qazisi, baş leytenant Elmin İsmayıllı isə deyib ki, Vətən müharibəsində qazanılan qələbə Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu bütün dünyaya və yağı düşmənə nümayiş etdirdi.

Daha sonra Yevlax Şəhər Gənclər İdman İdarəsinin rəisi Binyamin Musayev, ehtiyatda olan baş leytenant Mürsəl Göyüşov, Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşı Nərmin Fərzəliyeva, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı, YAP fəalı Tural İsmayılov çıxış edərək yenilməz Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən, xalq-ordu birliyinin vəhdətindən və cənab Ali Baş Komandanın qətiyyətli siyasətindən danışıblar.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31