YAP Sumqayıt şəhər təşkilatında videoformatda elmi-praktik konfrans keçirilib
15.06.2021 [10:10]
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş videoformatda elmi-praktik konfrans keçirib. Konfransda YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbir iştirakçılarını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. R.Hüseynov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində çox mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış çox ciddi təhlükələrin aradan qaldırılmasına yol açdı. Azərbaycan xalqını və dövlətini parçalanmaqdan xilas edən, ölkədə hüquqi dövlət quruculuğu prosesini başladan Ümummilli Liderimizin fenomenal fəaliyyəti nəticəsində qısa zamanda iqtisadi tənəzzülün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Ölkədə ordu qurulucuğu prosesinə başlanıldı. Məhz Milli Qurutuluş Günündən başlanan inkişaf yolu Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi.
"Heydər Əliyevin irsində Ailə, qadın və uşaq məsələləri vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil kimi" mövzusunda geniş məruzə ilə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən siyasi, sosial-iqtisadi böhrandan söhbət açıb. Komitə sədri bildirib ki, məhz belə bir zamanda xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Hicran Hüseynova qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən mühüm səhifələrindəndir.
Tədbirdə SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyevanın "Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı", Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Fərman Kazımovun "Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır", Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəblinin "Ulu Öndər Heydər Əliyev – Azərbaycan səhiyyəsinin yaradıcısı kimi" mövzusunda məruzələri dinlənilib. Çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

