YAP Şəmkir rayon təşkilatının X hesabat konfransı keçirilib
06.08.2021 [09:22]
Avqustun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hesabat məruzəsi ilə çıxış edib. F.Vəliyev bildirib ki, fəaliyyətini partiyamızın rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə quran YAP Şəmkir rayon təşkilatı üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışıb. Qeyd olunub ki, hazırda YAP Şəmkir rayon təşkilatı 112 ilk partiya təşkilatını özündə birləşdirir və üzvlərinin sayı 11 min 942 nəfərdir. Üzvlərin 7011 nəfərini qadınlar, 3905 nəfərini isə gənclər təşkil edir.
Sonra YAP Şəmkir rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Pərvin Gözəlovun hesabatı dinlənilib.
Konfransda Milli Məclisin deputatı Nizami Səfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu, partiyamızın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, eləcə də Şəmkir rayonunun sosial-iqtisadi inkişafı barədə fikirlərini bölüşüb.
Müzakirələr zamanı YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov, rayon təşkilatı Qadınlar Şurasının sədr əvəzi Qətibə Məmmədova, rayon təşkilatının Şura üzvləri Cavanşir Pirverdiyev, İlhamə İbrahimova və İlkin Musayev çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətindən danışıblar.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib, ölkəmizin tərəqqisinə özünün mühüm töhfələrini verib. Partiyamızın öz fəaliyyətində daim yeniliklərə önəm verdiyini deyən Ə.Tağıyev qeyd edib ki, bu baxımdan VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu hədəflər hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.
X hesabat konfransının keçirilməsi münasibətilə YAP Şəmkir rayon təşkilatının üzvlərini təbrik edən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Şəmkir rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

