YAP Ucar rayon təşkilatının IX hesabat konfransı keçirilib
25.08.2021 [10:48]
Avqustun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən tarixi Zəfərimiz Azərbaycan xalqının necə məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu yeni tarix yazmaqla ölkəmizin qarşısında yeni imkanlar yaratdı.
Ş.Abdullayeva qeyd edib ki, YAP Ucar rayon təşkilatı partiyamızın VII Qurultayında qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini vermək üçün bütün qüvvə və bacarığını səfərbər edib.
Ucar rayon təşkilatının sədri vurğulayıb ki, hazırda YAP Ucar rayon təşkilatının 68 ərazi ilk partiya təşkilatı özündə 3974 üzvü birləşdirir. Onlardan 2488 nəfəri qadınlar, 992 nəfəri isə gənclərdir.
Sonra YAP Ucar rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Fuad Bəbirxanovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən YAP Ucar rayon təşkilatı İdarə Heyətinin üzvü, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Ramil Həsən, rayon təşkilatının Şura üzvləri - təşkilatın Qadınlar Şurasının sədri Yaqut Zeynalova və rayon Təhsil şöbəsinin metodisti Rəna Qasımova, rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Məmmədov hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək bildirib ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əsəri olan YAP-ın siyasəti xalqın iradəsinə əsaslanır.
Ə.Tağıyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunan qərarlardan geniş bəhs edərək bildirib ki, dövlət başçısı, Partiyamızın Sədri cənab İlham Əliyevin nitqində səsləndirdiyi fikirlər, qarşıya qoyulan vəzifələr YAP-ın hər bir üzvünün gələcək fəaliyyət proqramıdır.
Partiyanın qarşısında duran yeni məqsəd və vəzifələrdən bəhs edən Ə.Tağıyev YAP Ucar rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Ucar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

