YAP Cəbrayıl rayon təşkilatının X hesabat konfransı keçirilib
01.09.2021 [08:48]
Avqustun 31-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Ümummilli Liderimizin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu artırıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirib. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edir. Partiyanın hər bir üzvü Ulu Öndər Heydər Əliyev ideyalarının, dövlət başçısı cənab İlham Əliyevin təkmil islahatları sayəsində müasirləşən, yeniləşən, hər gün yeni zəfərlərə imza atan Azərbaycanın uğurlarının təbliğatçısıdır.
A.Fərzəliyev qeyd edib ki, hazırda rayon təşkilatının 39 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Təşkilatın 3856 üzvü var. Onlardan 1702 nəfəri gənclər, 1574 nəfəri isə qadınlardır.
Sonra YAP Cəbrayıl rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Müşviq Əliyevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Cəbrayil rayon təşkilatı İdarə Heyətinin üzvü, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Məmmədli, rayon təşkilatı Qadınlar Şurasının üzvü, M.Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibətlərini bildiriblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün müstəqil Azərbaycan özünün şanlı Zəfər tarixini yaşayır: “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində yeni tarix yazdı. O tarix ki xalqımız onu 30 il səbirsizliklə gözləyib, heç zaman ümidini itirməyib. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad ediləcək. Cənab İlham Əliyevin bu gün qalib ölkənin Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırır, sevinc hissi yaşadır”.
Çıxışını növbəti konfransın Cəbrayılda keçirilməsi arzusu ilə tamamlayan Ə.Tağıyev rayon təşkilatının fəaliyyətinə uğurlar diləyib.
Qeyd edək ki, YAP Cəbrayıl rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

