“Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” mövzusunda tədbir keçirilib
03.11.2021 [17:41]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə “Hilton” otelində Zəfər Gününün ildönümü münasibətilə “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas fəlsəfəsi haqqında məlumat verən “Missiya.az” saytının baş redaktoru Nicat Dağlar tədbiri açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin sifarişi ilə “Missiya tv”nin hazırladığı “Zəfərə aparan yol” filmi nümayiş etdirilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov ölkəmizdə şəhid ailələrinə və qazilərə olan dövlət qayğısından, rayon təşkilatının bu sahədə həyata keçirdiyi işlərdən danışıb.
Daha sonra Zəfər Gününün ildönümü ilə əlaqədar əsas panel müzakirələrə start verilib, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əldə etdiyi ilə parlaq qələbədən, onun Azərbaycan dövlətçiliyi tarixində rolundan danışılıb.
Milli Məclis sədrinin müavini Adil Əliyev, Türk Ağsaqqalları Birliyi Təşkilat Komitəsinin sədri, məşhur “91-lərin” tanınmış nümayəndəsi, akademik Südeyf İmamverdiyev, YAP İdarə Heyətinin üzvü, partiyanın Milli Məclis üzrə əlaqələndiricisi Hikmət Babaoğlu, qazilər adından kapitan Asim Quliyev çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, nadir hərbi-siyasi gedişləri, dəmir yumruğu, əyilməz iradəsi və cəsarəti, yüksək peşəkarlığa malik qəhrəman və qorxmaz Azərbaycan Ordusu, xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik müharibənin taleyini həll etdi. Müzəffər Ali Baş Komandanımız və şanlı Azərbaycan Ordusunun ön cəbhədə vuruşan hər bir nümayəndəsi bizim ən yeni tariximizin qəhrəmanlarıdır. Onlar nəinki Azərbaycanın, hətta dünyanın hərb tarixində yeni səhifə açdılar. Müstəqil Azərbaycan müasir tariximizin iki qüdrətli Liderinin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir.
Daha sonra aparılan müzakirələrdə çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mustafa Kamal Bəyazbayrak, Milli Məclisin deputatları Qənirə Paşayeva, Vüqar İsgəndərov, Ramil Həsən, Rasim Musabəyov, Ceyhun Məmmədov, Səbinə Xasayeva, Cavid Osmanov, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyasının rektoru, Əməkdar jurnalist Telli Pənahqızı, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov və başqaları çıxış edərək qeyd ediblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizi yad edirik və onların ruhu qarşısında baş əyirik, onların xatirəsini təkcə bir gün yox, hər zaman anırıq və unutmuruq ki, haqqında qürurla danışdığımız Zəfər tariximiz şəhid qanı, qazi şücaəti ilə yazılıb.
Tədbirin sonunda Zəfər Gününü Azərbaycan xalqına yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlıq edilib, qazilər mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

