Göygöldə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib
05.11.2021 [19:03]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Heyvandarlıq Elmi Tədqiqat İnstitutu (HETİ ) ərazi ilk partiya təşkilatında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Heyvandarlıq Elmi Tədqiqat İnstitutu (HETİ ) ərazi ilk partiya təşkilatınınsədri Mahir Hacıyev deyib ki, Zəfər Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış tarixi hadisə ilə əlaqədardır: “Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün mühüm önəm daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin yağılardan alınması unikal hərbi əməliyyatlardan biri kimi dünya hərb tarixinə düşdü. 44 gün ərzində Azərbaycanın uğurları, xüsusilə Şuşanın düşməndən təmizlənməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Ən başlıcası isə Ermənistanın öz məğlubiyyətini etiraf etməsini və kapitulyasiyasını şərtləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Zəfər Günü kimi qeyd edilməsi qərara alındı”.
Sonra YAP Gəncələr Birliyinin İdarə Heyətinin üzvü, HETİ-nin direktor müavini Fərid Dünyamalıyev çıxış edərək deyib ki, hər bir xalqın müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində öz əksini tapır: “Müstəqilliyimizin, suverenliyimizin rəmzi olan üçrəngli şanlı bayrağımız ilk dəfə 1918-ci ildə ucaldılıb. İkinci dəfə bu şanlı bayrağı qaldırmaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevə nəsib olub. Belə ki, 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan MR-in dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan MR-in Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxaraq bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi də öz bayrağını canından, qanından üstün tutur. Azərbaycan xalqının bayrağına olan məhəbbətini dərk etmək üçün təkcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, 44 günlük Vətən müharibəsində Gəncə şəhəri raket hücumuna məruz qalarkən gəncəli Xəyyam Eyyubov dağıntılar altından bayrağımızı götürüb çıxmışdı”.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, təşkilatın məsləhətçisi Aygün Həsənova da vurğulayıblar ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində xalqımızın ən böyük arzusunu reallığa çevirib. Qeyd olunub ki, qazanılmış möhtəşəm Qələbə uzun illərdən bəri Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsibaxımından Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

