Göygöldə "Heydər Əliyev siyasətinin təntənəsi: Tarixi Zəfərimiz" mövzusunda konfrans keçirilib
10.12.2021 [17:48]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı "Heydər Əliyev siyasətinin təntənəsi: Tarixi Zəfərimiz" mövzusunda videoformatda elmi-praktik konfrans keçirib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev konfransı açaraq qeyd edib ki, hər il dekabrın 12-də xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edir: “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopub, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyub. Bu qüdrətli şəxsiyyətin öz Vətənini müstəqillik epoxasına hazırlamaq və əldə edilmiş suverenliyi qoruyub saxlamaq missiyası çağdaş tariximizin məna və mahiyyətini təşkil edərək, onun ən parlaq səhifələrinə çevrilib”.
T.Əliyevin sözlərinə görə, xalqımızın bu dahi oğlunun bütün fəaliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkənin iqtisadi inkişafı və sosial-mədəni yüksəlişi yolu ilə sıx bağlı olub: “Milli lider və bəşəri şəxsiyyət meyarlarını fəaliyyətində üzvi şəkildə qovuşdurmuş nadir siyasətçilərdən olan Heydər Əliyevin adı ümumdünya tarixinə rəhbərlik etdiyi ölkəni dünyanın qlobal siyasi inkişafının dinamikasına qoşan yaradıcı siyasətçi kimi yazılıb”.
Sonra çıxış edənlər YAP Göygöl rayon təşkilatının Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri Zəhra Zeynalova, təşkilatın Göygöl rayon Üçtəpə kənd bələdiyyəsi ərazi ilk partiya təşkilatının sədri Rza Məmmədov qeyd ediblər ki, müstəqilliyimizin 1993–2003-cü illəri əhatə edən on ili ərzində dahi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti bir çox mühüm problemin öhdəsindən uğurla gəlib. Çıxışçılar bildiriblər ki, dünyada azərbaycanlılar var olduqca Ulu Öndər Heydər Əliyev və Onun ideyaları yaşayacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

