Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xəzər rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Xəzər rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

10.12.2021 [19:47]

 

Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və müavinləri, Yap Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəsissə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, DİN-nin Polis Akademiyası və Siravi və kiçik rəis heyəti hazırlayan məktəbin kursantları, bir qrup hərbi qulluqçu və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə əklik və gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.

Daha sonra Şağan qəsəbəsi, Şağan Mədəniyyət Mərkəzində Orxan Cabbarlının müəllifliyi ilə Azərbaycan Televiziyası tərəfindən lentə alınmış Ulu Öndər Heydər Əliyev haqqında “Unudulmaz gün” adlı sənədli film nümayiş edilmişdir.

Paylaş:
Baxılıb: 832 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31