Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nizami rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

YAP Nizami rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

17.12.2021 [11:27]

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 183b” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən 3 saylı Bakı “DOST” Mərkəzinin direktoru Elvin Bayramov, direktor müavini Gündüz Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Mərkəzin əməkdaşı Tural Əsgərov və başqaları YAP-ın yarandığı gündən Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsi işlərinə verdiyi mühüm töhfələrdən danışıblar. Bildiriblər ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Gündüz Mehdiyev “Heydər Əliyev prospekti 183b” ərazi partiya təşkilatının sədri, Tural Əsgərov isə sədr müavini seçilib.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31