YAP Xətai rayon ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir
17.12.2021 [17:20]
Dekabrın 17-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Seyid Əzim Şirvani küçəsi 159 və Məhəmməd Hadi küçəsi 41A ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.
Yığıncaqlarda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir: “2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilən İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu. Əlbəttə ki, bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoyub. Bu gün Azərbaycan xalqının Ali Baş Komandanı, Prezident İlham Əliyevə sevgisi, inamı sonsuzdur. Ölkənin iqtisadi inkişafı təkmil sosial siyasətlə müşiyət olunur. Hər addımda özünə diqqət və qayğının şahidi olan xalqın Prezident İlham Əliyevə sevgisi şərtsizdir.”
V.Rəhimzadə onu da vurğulayıb ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan, xalqın rəğbət bəslədiyi və ardınca getdiyi Liderdir, qalib Sərkərdədir: “Tarixi Zəfərimizdən ötən bir ildə qalib Azərbaycan diktə edən tərəf kimi yeni reallıqlar yaradır. Kommunikasiyaların açılması və yeni əməkdaşlıq formatlarının yaradılması üçün səylər göstərilir.”
V.Rəhimzadə çıxışlarında qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının əhəmiyyətli payı olduğunu nəzərə çatdıraraq vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində çoxsaylı tarixi əhəmiyyətli uğurlara imza atıb: “Partiya tarixin ciddi sınaqlarından uğurla çıxaraq bu illər ərzində inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər xalq tərəfindən dəstəklənir. Sözlə əməlin birliyi partiyanı cəmiyyətin avanqard qüvvəsinə çevirib.”
Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Şəlalə Səfərova Məzahir Rüstəmov 29 ünvanda yerləşən ərazi partiya təşkilatının sədri, Şövqi Zeynalov sədr müavini, Asif Məcidov Seyid Əzim Şirvani küçəsi 159 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Zivər Pənahova sədr müavini, Həmidə Məmmədova Məhəmməd Hadi küçəsi 41A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Venera Ələsgərova isə sədr müavini seçiliblər.
Qeyd edək ki, YAP Xətai rayon təşkilatının Seyid Əzim Şirvani küçəsi 159/2 ünvanında yeni ərazi partiya təşkilatı yaradılıb. Şahin Qurbanov yeni yaradılan ərazi partiya təşkilatının sədri, Şəmsəddin Xudaverdiyev isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

