“Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib
14.01.2022 [15:46]
Bu il Qarabağ xanı Pənahəli xanın Şuşanın təməlini qoymasından 270 il ötür. Ölkə başçısı İlham Əliyev bu şanlı tarix münasibətilə, eləcə də Şuşanın bərpasını sürətləndirmək məqsədilə cari ili “Şuşa İli” elan etdi. Təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın incisi, tacı olan, mədəniyyət paytaxtımız adlandırılan bu qala-şəhər hər birimiz üçün müqəddəs və doğma məkan kimi sevilir. 2022-ci ilin “Şuşa İli” elan edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və razılıqla qarşılanıb.
Xətai Sənət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib.
“Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak edərək müxtəlif nailiyyətlər əldə edən şagirdlərinin çəkdikləri rəsmlərə baxış keçirildikdən sonra 2 nömərəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, YAP Xətai rayon təşkilatının Xudu Məmmədov 37 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Əminə Musayeva dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edilən 2022-ci il çərçivəsində keçiriləcək tədbirlərin, rəsm sərgilərinin Qarabağın tacının təqdimatına böyük töhfə olacağını bildirib. Diqqətə çatdırılıb ki, “Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin rənglərin dili ilə Şuşanın gözəlliyini tərənnüm etmələri qürurvericidir.
Ə.Musayeva “Gənc tərtibatçı rəssamlar”a və onların valideynlərinə təşəkkürlərini ifadə edib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə sərgidə yaradıcılıq nümunələri nümayiş etdirən gənc rəssamları təbrik edib, onların müəllimlərinə və valideynlərinə minnətdarlığını çatdırıb. Bildirib ki, bugünkü tədbir mənəvi dünyamızı daha da zənginləşdirdi və bu dünyamıza yeni çalarlar əlavə etdi: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi olduqca qürurvericidir. 28 il işğal altında olan, amma hər daşı, qayası ilə tariximizi, milli kimliyimizi, mənliyimizi qoruyub yaşadan Qarabağın tacı bir ildən artıqdır ki, azaddır. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşamızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. “Şuşa İli” ilə bağlı imzalanan Sərəncamda da qeyd olunduğu kimi, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə parlaq səhifələr yazmışdır. Tarixi Zəfərimizdən, Şuşa qalibiyyətindən sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına da başlanıldı. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci ilin “Şuşa İli” elan edilməsi harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır”.
Vüqar Rəhimzadə qeyd edib ki, il çərçivəsində keçiriləcək rəngarəng tədbirlər bir daha Şuşanın tarixinin, tarixən Azərbaycan xalqına məxsusluğunun dünyaya təqdimatında əhəmiyyətli rol oynayacaq.
YAP Xətai rayon təşkilatının sədri belə tədbirlərin əhəmiyyətindən də geniş bəhs edərək bildirib ki, gənc rəssamların yaratdıqları əsərlərin hər bir Şuşanın gözəlliyinin təqdimatıdır.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Xudu Məmmədov 37 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayevaya “Mədəniyyətimizin incisi Şuşa” rəsm müsabiqəsinin təşklində fəal iştirakına görə rayon təşkilatının fəxri fərmanını təqdim edib.
“Təbəssüm” rəqs qrupu “Qarabağım” və “Sarı gəlin” rəqslərini, Vokal qrupu isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısını ifa ediblər.
Sonda “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvləri Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak etdiklərinə görə diplom və “Təşəkkürnamə”lər ilə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

