Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır
18.01.2022 [18:03]
Yaxın günlərdə 32-ci ildönümünü qeyd edəcəyimiz 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolumuzun ilk zirvəsi, milli məfkurəmizin, xalqımızın azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
Yanvarın 18-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Heydər Əliyev adına liseyin və 171 saylı məktəbin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirləri də bu reallıqlara bir daha işıq saldı.
Anım tədbirləri Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən, 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra məktəblilərin ifasında bəşəriyyət və insanlıq əleyhinə ən qanlı terror aktına həsr olunmuş şeirlərin və mahnıların təqdim edilməsi, səhnəciklərin göstərilməsi ilə davam edib. Həmin təqdimatlarda bu fikir dönə-dönə vurğulanıb ki, müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən Vətən oğullarımız şəhidlik zirvəsinə ucalaraq, bugünkü və gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbi yaratdılar.
Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova bildirib ki, xalqımız 20 Yanvar hadisələrində Vətən oğullarının fədakarlığını məhəbbətlə xatırlayır, onların xatirəsini böyük ehtiramla yad edirlər. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaq.
Həmin dövrün reallıqlarından, yaşanan faciədən geniş bəhs edən 171 saylı məktəbin direktoru Zemfira Məsiyeva diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyətinin gözü qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın insanların qətlə yetirilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi.
Zemfira Məsiyeva bu bəyanatın fonunda birliyimizin, həmrəylimizin bütün dövrlərdə öz gücünü, qüdrətini göstərdiyini qeyd edərək, diqqəti 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatına yönəldib. Bildirib ki, Vətən müharibəsində Zəfərimiz Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya nümayişidir.
Anım tədbirlərində çıxışına “Zaman hadisələrə dəyər vermək baxımından zəngin mənbədir” sözləri ilə başlayan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, illər ötdükcə baş verən hadisənin mahiyyəti daha aydın şəkildə nəzərə çarpır: “1990-cı ilin 20 yanvar tarixi Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu”.
Vüqar Rəhimzadə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq bildirib ki, Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi faciəyə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli bəyanatı qəbul etdi. Həmçinin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların müəyyən edilib aşkara çıxarılmasını diqqətdə saxladı və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur”.
Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov vurğulayıb ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu: “Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Faciəyə hüquqi-siyasi qiyməti məhz ulu öndər Heydər Əliyev verdi”.
Anım tədbirlərində 32 ilin reallıqları fonunda bu fikir böyük fəxr hissi ilə qeyd edilib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, Azərbaycan qalib ölkə kimi dünyada əsl söz sahibidir.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13

