/ / Nəsimi rayonunda 20 Yanvar - Ümumxalq Hüzn Gününün 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Nəsimi rayonunda 20 Yanvar - Ümumxalq Hüzn Gününün 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19.01.2022 [14:31]
“20 Yanvar faciəsi”-nin 32-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı - Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 1990-cı il 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu deyib. Həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu Sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. Bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilməyib.
Azər Süleymanov deyib ki, 1990-cı il 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyil. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri Sovet imperiyasına qarşı apardığı müstəqillik mübarizəsinin nəticəsidir. Odur ki, Sovet imperiyası Azərbaycan xalqının müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu.
“Hər kəs Sovet rejiminin Azərbaycan xalqına qarşı ədalətsiz qərarına qarşı çıxdı. O gecə Azərbaycan xalqı dünya tarixinə qəhrəmanlıq səhifəsi yazdı. Azərbaycan xalqı bütün dünyanın çəkindiyi Sovet ordusunun qarşısında əli yalın qəhrəmanlıq göstərdi. Öz azadlığına qovuşmaq üçün öz fəryadını dünyaya çatdırdı”, - deyə A.Süleymanov diqqətə çatdırıb. Bildirib ki, 20 Yanvar faciəsi minilliklər keçsə də Azərbaycan xalqının yaddaşından silinməyəcək, şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunacaq.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim əziz tutulduğunu xatırladan sədr deyib ki, şəhid ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir.
Mənzil İnşaatı Dövlət Agentliyinin üzrə ərazi ilk partiya təşkilatının nümayəndəsi bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının bütün dünyaya qəhrəmanlığını, rəşadətini göstərdiyi gündür. Buna görə biz böyük qürur hissi keçiririk.Azərbaycanın bütün regionlarından insanlar axın-axın gəlib şəhidləri ziyarət edir, öz ehtiramlarını bildirirlər.
20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev isə bildirib ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına əbədi həkk edilib. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə bizim tariximizə qara sətirlərlə yazılıb. Azərbaycan çoxlu şəhid verdi. Lakin bu gün tariximizə həm də qızıl hərflərlə ona görə yazılıb ki, biz öz müstəqilliyimizi və azadlığımızı nümayiş etdirdik. Bu il həmin faciənin 29 illiyidir. Biz bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik ki, analarımız daha ağlamasın, şəhid verməyək.
Sonda Nəsimi rayonu ərazisində yaşayan şəhid ailələri və əlillərə sovqatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

