Göygöldə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü mövzusunda dəyirmi masa keçirilib
31.03.2022 [16:56]
YAP Göygöl rayon təşkilatının, Gənclər evi və Gənclər idman idarəsinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Türkiyənin Gəncə şəhərindəki Baş Konsulunun müavini Gökhan Büktel, Konsulun köməkçisi Ramin İsmayılov, Göygöl rayon İcra Hakimiyyətinin əməkdaşı Babək Rəsulov, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasov, QƏQİB-in Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Göygöl şəhər 1 saylı orta məktəbin direktor müavini Elnur Hacıyev və YAP fəalları iştirak etmişlər.
İlk öncə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Türk dünyasının lideri Mustafa Kamal Atatürkün, Soyqırımlar zamanı qətlə yetirilən soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vüqar İsayev giriş nitqi ilə çıxış edərək zəngin və çoxəsrlik tarixə malik olan Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələrin də yazıldığını vurğulayaraq, son iki əsrdə erməni vandalları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən soyqırımlardan söhbət açmış, soyqırımlara hüquqi-siyasi qiymət verilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın və Fondun Vitse Prezidenti Leyla xanım Əliyevanın əvəzsiz rolundan danışmışdır.
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulunun müavini Gökhan Büktel çıxış edərək, xalqımızın başına gətirilən soyqırımların mahiyyətindən danışmış, erməni faşizmi tərəfindən törədilənlərin təkcə Azərbaycan xalqına deyil, eyni zamanda türkçülüyə və bütün bəşəriyyətə qarşı yönələn geniş miqyaslı terror aktları və genosid olduğunu bildirmişdir.
Tarixçi, Elnur Haçıyev geniş məruzə ilə çıxış edərək, tarixi faktlara əsaslanmaqla, məkrli erməni planlarının və hiyləgərliyinin, rəzilliyinin və vəhşiliyinin əsil iç üzünü təhlil etmiş, xalqımızın başına gətirilən Soyqırımların dünya dövlətləri tərəfindən tanınması üçün üzərimizə düşən vəzifə və öhdəliklərdən danışmışdır.
Çıxış edən Araz Abbasov, Şəhriyar İsmayılzadə və digər natiqlər də xalqımızın başına gətirilən Soyqırımların acı nəticələrindən, gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyindən və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə əldə olunmuş Zəfərdən söhbət açmışlar.
Sonda 31 Mart Azərbaycanlıların Soyqırımınına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15

