Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xalqın uğur simvoluna çevrilən Lider

Xalqın uğur simvoluna çevrilən Lider

06.04.2022 [16:53]

Xalqımız 2018 ci il aprelin 11 də keçirilən Prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısına,əmin-amanlğa,tərəqqiyə və quruculuğa səs verdi.Ümumiyyətlə 2003 –cü ildən etibarən Azərbaycan Respublikasının Prezidneti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti,məqsədyönlü islahatlar proramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoyulmasına səbəb oldu.

Azərbaycanda iqtisadi imkanların genişlənməsi,dinamik inkişafı bir-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir.Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümumilli inkişaf strategiyası hər bir sahənin parelel inkişafını yüksək səviyyədə təmin edib və davamlı olaraq gerçəkləşir.Təbii ki,ölkəmizin iqtisadi inkişafı sosial siyasətin həyata keçirilməsində,vətandaşların sosial müdafiəsinin gücləndirilməsində əhəməyətli rol oynayır.11 aprel andiçmə mərasimdə ki,çıxışında demişdir:”Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq.Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin , daha da qüdrətli dövlətə çevirilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

   Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişf yolu keçib. Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı artıb. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

   Bu gün Azərbyacan qalib dövlətdir. Xalq –iqtidar birliyi bizi zəfərə, qələbəyə apardı. Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətli qenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır.

    Dövlətimizin bütün sahələrdəəldə etdiyi uğurlar, eləcə də beynəlxalq səviyyədə qurduğu münsibətlər, davamlı inkişaf məhz Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir. Cənab prezident müdrik qərarları ilə xalqımızın uğur simvoluna, qurucu Liderinə çevrilib.

Elçin İsmayılov.

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31