/ / Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına göstərilən diqqət dünya ölkələrinə örnəkdir
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına göstərilən diqqət dünya ölkələrinə örnəkdir
07.04.2022 [16:47]
Dövlətimiz ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailələrinə, sağlamlığını itirmiş, əlil olmuş insanlara hörmət və ehtiramla yanaşmağı, həmçinin onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyur. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşında şanlı Zəfər qazanan rəşadətli Silahlı Qüvvələrimizin üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən, mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
Bu baxımdan, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı mühüm sosial dəstək tədbirlərindən biridir. Belə ki, dövlət başçısının sərəncamı ilə bu proqram təxminən 5 dəfə genişləndirilib. Bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinin mənzil və ya fərdi evlə təmin edilməsi də bu diqqət və qayğının nümunəsidir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib. Ümumiyyətlə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər yenə də mənzillər veriləcək.
Yeri gəlmişkən, bu il Novruz bayramında Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildi. Həssas qəlbli insanlarda xoş bayram ovqatı yaradan bu mərasim bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən ardıcıl və genişmiqyaslı sosial islahatlar 2022-ci ildə də davam etdirilir.
Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri, müharibə veteranları, erməni terrorundan əziyyət çəkənlərlə bağlı icra olunan sosial dəstək proqramı dövlətimizin bu qəbildən olan insanlara xüsusi önəm verməsinin təsdiqidir. Bu qayğının nəticəsidir ki, Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiyyata alındıqdan qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlillərinin avtomobillə təminatı həyata keçirilir. Bununla yanaşı, müharibədə əlil olan qazilərimiz ən müasir protezlərlə təmin edilir. Onların müalicələrinin xarici ölkələrdə davam etdirilməsi üçün hər cür şərait yaradılıb. Ehtiyacı olan bütün qazilərə, eyni zamanda, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir.
Beləliklə, qeyd edilən faktlardan belə bir qənaətə gəlmək olar ki, Azərbaycanda şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına göstərilən diqqət və qayğı bütün dünya ölkələrinə örnəkdir. Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Prezident İlham Əliyev tərəfindən yaradılmış “YAŞAT” Fondunun şəhid ailələrinə və əlillərə qayğısı da bu baxımdan, xüsusi qeyd edilməlidir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

