Brüssel gündəliyinin əsasını məhz bizim təqdim etdiyimiz təkliflər paketi təşkil etməkdədir
08.04.2022 [18:00]
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri
Vətən Müharibəsindən sonra müharibənin nəticələrinin dünya ictimaiyyəti tərəfindən qəbul olunması üçün bir sıra tarixi əhəmiyyətli sənədlər imzalanmış, görüşlər keçirilmiş və bəyanatlar verilmişdir. Dünyada baş verən hadisələri doğru və düzgün dəyərləndirən Prezident cənab İlham Əliyev güclər balansından milli maraqlarımız naminə faydalanma qabiliyyəti ilə bizə daha yaxşı nəticələri bəxş etməkdədir. Əlbəttə, qlobal miqyasda cərəyan edən hadisələri təhlil edərkən bütün dünyanın əsas siyasi, iqtisadi və hərbi gücləri ilə münasibətlərin bərabər müstəvidə həyata keçirilməsinin doğru diplomatik gediş olduğunu görməkdəyik. Biz bütün müttəfiqlərimizlə qarşılıqlı və gözəl münasibətlər istəyirik, lakin ilk növbədə milli maraqlarımızın təmini, müstəqilliyimizin və suverenliyimizin güclənməsi əsas hədəfimizdir.
Mart ayında Azərbaycan öz suveren ərazisi olan Xocalı rayonunda labüd hərbi dislokasiya hərəkətini icra edə biləcəyini dünyaya sübut etdi. Hətta, bəziləri Rusiya sülhməramlılarının buna maneə olacağını zənn etsələr də, heç Rusiya Federasiyasının Müdafiə Nazirliyi də məsələyə müdaxilə edə bilmədi və nəticədə Fərrux dağı, Fərrux kəndi bizim nəzarətimizdədir. Bu hərəkət 10 noyabr bəyannaməsindən sonra Qarabağda ilk hərbi irəliləyişidir.
Qarabağda başqa bir siyasi əhəmiyyəti böyük olan məsələ isə qaz böhranının məhz Azərbaycan tərəfinin müdaxiləsindən sonra öz həllini tapmasıdır. Bir daha dünya iki məsələni özü üçün dəqiqləşdirdi. Birincisi, Azərbaycan gələcəkdə də bu istiqamətdə humanitar davranışlara davam edəcək. Bununla da sübut olunur ki, Qarabağda yaşayan erməni əhalisi Azərbaycanın bayrağı altından hazırkı durumlarından daha firəvan yaşayacaqdır. İkinci bir məqam isə ondan ibarətdir ki, Azərbaycan öz ərazisində bütün kommunal xidmətləri özü təmin edir. Əlbəttə, verilən qazın istifadəsinə görə pulu ödənilməlidir. Azərbaycan Xankəndini və digər əraziləri öz enerji balansına daxil edəndən və kommunal xəttləri bərpa edəndən sonra erməni vətəndaşlarımız Azərbaycan manatı ilə, müxtəlif ödəniş aparatları -- banklar, poçtlar vasitəsi ilə kommunal xərcləri ödəyəcəklər. Bu artıq suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Həm də bir güllə belə atmadan. Baxın, budur cənab İlham Əliyevin siyasət dahiliyi.
Bu dəfəki görüşü növbəti Brüssel görüşü adlandırmaq olar. Çünki ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Əgər ikinci belə bir görüş baş tutursa, deməli bu istiqamətdə müsbət irəliləyişlər var. Brüssel gündəliyi yaranıb və bu istiqamətdə inkişaf meyillərinin real ifadəsini görməkdəyik. 6 aprel Brüssel görüşündən əvvəl Azərbaycanın təqdim etdiyi sülh müqaviləsinə istiqamətlənmiş şərtlərin rəsmi İrəvan tərəfindən məqbul hesab olunması da bu görüşün əhəmiyyətini artıqmaqdadır. Təkliflər arasında qarşılıqlı torpaq iddialarından vaz keçmə, qarşılıqlı şəkildə beynəlxalq sərhədlərin tanınması, qarşılıqlı şəkildə məsələlərin həllində hədə-qorxu və güc faktorundan tamamilə imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası vardır. Deyə bilərəm ki, Brüssel görüşünün, ümumiyyətlə Brüssel gündəliyinin əsasını məhz bu təkliflər paketi təşkil etməkdədir.
Bizim üçün vacib olan əsas məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və siyasi barışıq prosesinin başlamasıdır. Sülh müqaviləsindən sonra Azərbaycan Respublikası özünün “ipə-sapa yatmayan” vətəndaşları ilə öz qanunvericiliyi çərçivəsində rəftar edəcəkdir. Bu isə beynəlxalq münasibətlərin deyil, daxili işlərin predmeti hesab olunacaqdır. Sülh müqaviləsindən yalnız Azərbaycan deyil, bütün region ölkələri böyük dividentlər əldə edəcəklər. Vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın bərqərar olunmasında hətta bir-birinə qarşı zidd mövqelərə malik güclər də həmfikirdir. Belə ki, Brüssel görüşündən sonra Rusiya tərəfinin də verdiyi bəyanatlar bir daha sübut edir ki, Qarabağda əməkdaşlıq yalnız Azərbaycanın deyil, dünyanın maraq dairəsindədir. Təbii ki, bu marağı və indiki reallığı yaratmaq elə də asan başa gəlməmişdir. Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu uğurlara malik ola bilmişdir. Əldə etdiyimiz diplomatik uğurlarımız da, hərbi nəaliyyətlərimiz kimi Prezident İlham Əliyevin dövlət başçısı kimi dünyada böyük nüfuzunun nəticəsidir.
6 aprel Brüssel görüşü ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarların qəbul edildiyi bir zirvə görüşü idi. Elə hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyət müharibədən ötən iki ilə yaxın bir müddət ərzində Azərbaycanla vasitəçilər olmadan görüşməyin əhəmiyyətini dərk etməkdədir. Sadə ermənilər də yaxşı bilirlər ki, xəstə təxəyyüllü erməni milliyyətçiliyi onlara heçnə qazandırmayıb və qazandırmayacaqdır.
Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olan bəyanatda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi nəzərdə tutulub. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Bunlar ciddi əhəmiyyətə malik məqamlardır. Bu gedişlə hadisələrin inkişafının məntiqi sonluğu heç şübhəsiz ki, Azərbaycanın diqtə etdiyi şərtlər daxilində sülh müqaviləsinin imzalanması olacaqdır.
Ümumiyyətlə, Avropa öz ərazisində baş verən hadisələrdən nəticələri çıxarmalıdır. Avropa özünün enerji təhlükəsizliyi məsələsində də ehtiyatlı və gələcəyə hesablanmış addımlar atmalıdır. Azərbaycan istər tranzit ölkə kimi, istərsə də enerji təminatçısı kimi stabil dövlətdir. Ölkəmizlə əməkdaşlıq Avropanın gələcək inkişafı üçün faydalı olacaqdır. Hesab edirəm ki, Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Öz xələflərindən fərqli olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu məqamları və yeni reallıqları dərk edən bir liderdir. Sülh müqaviləsinin imzalanması istiqamətində Brüssel görüşünün böyük töhfələr verəcəyinə əminəm. Ümid edirəm ki, Ermənistan bu dəfə verdiyi sözləri tutacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

