YAP Sumqayıt şəhər təşkilatında “11 Apreldən Zəfərə” elmi-praktik konfrans keçirilib
12.04.2022 [11:03]
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2018-ci ildə prezident seçilməsinin 4-cü ilinə həsr olunmuş "11 Apreldən Zəfərə" adlı elmi-praktik konfrans keçirib.
Tədbirdə YAP İdarə Heyyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Müşfiq Məmmədli və Emin Hacıyev, eləcə də ərazi partiya təşkilatlarının sədrləri, siyasi fəallar iştirak ediblər.
Konfransda çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov son 18 ilin ictimai-siyasi proseslərinə diqqət çəkərək bildirib ki, müstəqil Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar cənab İlham Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, 2018-ci ilin 11 aprel tarixi xalqın öz Prezidentinə inamını, güvənini bir daha rəsmi şəkildə təsdiqlədiyi tarixdir. Həmin gün xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyə, dinamik inkişafa, uğurlu daxili və xarici siyasətə etimad göstərndi. Azərbaycanı regionun lider dövlətinə, beynəlxalq aləmin mühüm bir parçasına çevirən, dünyada etibarlı tərəfdaş kimi nüfuz qazandıran Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu: "Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin daha da qüdrətlənməsini, təmin etdi. Ötən 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçdi. Bütün sahələrdə mühüm nailiyyətlər əldə edildi. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan 44 gün Vətən müharibəsi zəfəri, bu tarixi qələbənin memarı Prezident, Ali Baş Komandan İlham Əliyev oldu. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Böyük qürur hissi ilə qeyd etdiyimiz qələbəmiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin illərdir ki, yürütdüyü düzgün, uğurlu siyasətin nəticəsidir. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşib. İnanırıq ki, xalq-iqtidar birliyi, güclü milli həmrəylik ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını təmin edəcək".
Milli Məclisin komitə sədri Hicran Hüseynova qeyd edib ki, xalqımız 2018-ci ildə cənab İlham Əliyevə etimad göstərməklə sabitliyə, inkişafa etimad göstərmiş olublar. 2018-ci il prezident seçkilərinin nəticələri Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbəsi bunun sübutudur: "Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut edən 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu".
Millət vəkili Müşfiq Məmmədli qeyd edib ki, Azərbaycanda 2018-ci ilin 11 aprel seçkilərində xalqın cənab İlham Əliyevə etimadı ölkəmizin müasir tarixində yeni bir mərhələnin əsasını qoydu. 2003-cü ilodən başlanan islahatlar və inkişaf yolu yeni dönəmdə daha fərqli məzmunda öz təcəssümünü tapdı. Sosial dövlət siyasətinin daha da inkişaf etdirilməsi, vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmini, sosial rifahın inkişfı yönündə mühüm addımlar atıldı: "Son 4 ildə aparılan islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamik məzmuna malik olub. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir".
Milli Məclisin deputatı Emin Hacıyev bildirib ki, Azərbaycan seçicisi cənab İlham Əliyevə etimad göstərməklə davamlı inkişafa, güclü dövlət quruculuğuna, yüksək sosial rifaha, iqtisadi tərəqqiyə, sabitliyə, özünün işıqlı gələcəyinə, bir sözlə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısına səs verdi: "Son 4 ildə ölkəmiz öz müstəqillik tarixinin ən şanlı illərini yaşadı. Müzəffər Ali Baş Komandanın rəbərliyi ilə güclü Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsində Qarabağımız, Şərqi Zəngəzurumuz öz azadlığına qovuşdu. 10 noyabr tarixli üçtərəfli Bəyanatla təcavüzkar Ermənistan öz məğlubiyyətini bütün dünyanın gözləri qarşısında etiraf etməyə məcbur oldu".
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Prezident təqaüdçüsü Təbrik Quliyev mövzu ətrafında fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

