/ / YAP Mərkəzi Aparatında “II Qarabağ müharibəsi və beynəlxalq humanitar hüquq” mövzusunda tədbir keçirilib
YAP Mərkəzi Aparatında “II Qarabağ müharibəsi və beynəlxalq humanitar hüquq” mövzusunda tədbir keçirilib
13.04.2022 [15:02]
Aprelin 13-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “II Qarabağ müharibəsi və beynəlxalq humanitar hüquq” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Ermənistan ölkəmizə və xalqımıza qarşı beynəlxalq cinayətlər törədib. Bu cinayətlər cəzasız qalmamalı, beynəlxalq birlik bu məsələdə ədalətli mövqe nümayiş etdirməlidir.
Tədbirdə Milli Məclisin deputatı, hüquq elmləri doktoru Nizami Səfərov mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. O bildirib ki, işğalçılığı dövlət siyasətinin əsas prioritetinə çevirən, Azərbaycan xalqına qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələr törədən Ermənistan nümayişkaranə şəkildə beynəlxalq humanitar hüquq normalarını kobud formada pozub. N.Səfərov qeyd edib ki, beynəlxalq humanitar hüquq müvafiq beynəlxalq konvensiyalarla tənzimlənir, burada Cenevrə konvensiyaları önəmli rol oynayır. Həmin sənədlərə əsasən ölkələrin silahlı münaqişələr dövründə üzərinə götürdükləri öhdəliklər var. Müharibələr zamanı tərəflər mülki əhali və mülki obyektlər ilə legitim hərbi hədəfləri fərqləndirməlidir. Amma Ermənistan bu öhdəliklərə əməl etməyib. Belə ki, 30 ilə yaxın işğalçı siyasəti dövründə, o cümlədən II Qarabağ müharibəsində Ermənistan çoxsaylı müharibə cinayətləri törədib.
“Ermənilər müharibə dövründə qadağan olunmuş silahlardan istifadə edib, əsir və girovlara qeyri-insani münasibət göstərib, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayış məntəqələrini, tarixi, dini, mədəni abidələri, qəbiristanlıqları, bütün infrastrukturu məhv ediblər. Bu cür hərəkətlər beynəlxalq humanitar hüququn ciddi pozuntusu olaraq, müharibə cinayətləri kimi qiymətləndirilir. Erməni silahlı qüvvələri beynəlxalq hüququn imperativ normalarını pozaraq, bəşəriyyət tarixində nadir hallarda rast gəlinən cinayətlər törədiblər. Bu cinayətlər sırasında Xocalı soyqırımı xüsusi olaraq qeyd edilməlidir. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq, yerlə-yeksan edilib, dinc əhali xüsusi qəddarlıqla kütləvi şəkildə qətlə yetirilib”,-deyən N.Səfərovun sözlərinə görə, dövlətimiz bu cinayətlərin cəzasız qalmaması üçün müvafiq addımlar atır.
Deputat təəssüflə qeyd edib ki, beynəlxalq cinayətlərə görə məsuliyyətin həyata keçirilməsində də qlobal səviyyədə ikili standartlar hökm sürür və bunun nəticəsində Azərbaycan ərazisində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətmiş canilərin bəziləri hələ ki məsuliyyətdən boyun qaçırmağa müvəffəq olurlar.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Ermənistanın müharibə cinayətlərinin beynəlxalq müstəvidə ifşa olunması üçün gənclərin üzərinə müəyyən vəzifələrin düşdüyünü deyib. O qeyd edib ki, müharibə hərb cəbhəsində başa çatsa da, informasiya cəbhəsində davam edir. Bu səbəbdən də Azərbaycan gəncləri beynəlxalq hüquqa istinad edərək ermənilərin müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması işində daha böyük fəallıq göstərir və bunda sonra da göstərəcəklər.
Tədbirdə daha sonra YAP Veteranlar Şurasının üzvləri Elman Məmmədov, Xeyrəddin Qoca, Əli Həsənov çıxış edib, gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

