Milli sərvətimiz olan Ana dilimizi hər bir Azərbaycan övladı göz-bəbəyi kimi qorumalıdır
25.04.2022 [11:13]
Milli sərvətimiz olan Azərbaycan dilindən və onun sehrindən, dilimizin inkişafında, qorunmasında və cilalanmasında xüsusi tarixi xidmətləri olan xalqımızın ictimai siyasi, mənəvi dünyasında silinməz iz buraxan, qəlbində Azərbaycan adlı bir alov gəzdirən dünya şöhrətli siyasətçi, Müstəqil Azərbaycan dövlətinin qoruyucusu, Böyük Vətəndaş Heydər Əliyevin müstəsna rolunu hamı etiraf edir. XX əsrin II yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu iş Heydər ƏIiyevin həyat amalında, fəaliyyətində xüsusi yer tutur. Azərbaycan dilinin keşiyində durmaq H.ƏIiyevin məqsədyönlü fəaliyyətinə çevrilmişdir. Bunun üçün vacib olan bir sıra şərtlər tələb olunur: ana dilini və onun incəliklərini yaxşı bilmək, elmin bütün sahələrinə dair qeyri-adi məlumata malik olmaq, milli mədəniyyətimizi dərindən bilmək və onun carçısına çevrilmək, milli dil və onun problemlərini dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, heç bir çətinliklərdən qorxmamaq, xalqın mənəvi sərvətlərini yaşadan insanlarla, xüsusilə sadə insanlarla yaxından bağlılıq.
Heydər ƏIiyev Azərbaycan xalqının və onun dilinin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə çox ciddi yanaşır, bütün bunları elmi faktlarla əsaslandırmışdır. H.ƏIiyevin Azərbaycan dili ilə bağlı dilçilik görüşləri çoxcəhətlidir. Onun çıxışlarında yeri gəldikcə dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba, üslublar və sair yaxşı, özü də yerli-yerində əsaslandırılır. O, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşır. Bunu onun alimlərlə, yaradıcı ziyalılarla, diplomatlarla, tələbələrlə, xaricdə yaşayan həmvətənlərimizlə, təsərrüfat adamları ilə söhbətlərində duyuruq. H.ƏIiyevin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Konstitusiyasında təsbit olunmuşdur. H.ƏIiyev elə bir ciddi toplantı yoxdur ki, orada dilimiz, milli mənliyimiz, milli sərvətimiz, tariximiz, mədəniyyətimiz və s. haqqında söz açmasın. Xüsusilə gənclərlə görüşlərdə bu məsələlər ön plana çəkilir, çox dərin və məzmunlu mətləblər açılır, vətəndaş qayğıkeşliyi ilə bu fikirlər təbliğ olunur, insanların beyninə həkk edilirdi. H.ƏIiyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı H.ƏIiyev cənablarının imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır.
Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz-bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu hər kəsin müqəddəs vətəndaşlıq borcudur.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

