Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib

“Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib

07.05.2022 [11:09]

YAP Xocavənd Rayon Təşkilatı və Xocavənd rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 06 may 2022-ci il tarixdə Xocavənd Rayon Mədəniyyət Evində Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirildi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd edilməsi, Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış bu dahi şəxsiyyətin dövlət idarəçiliyi sahəsindəki fəaliyyətində vətənpərvərlik tərbiyəsinin müxtəlif istiqamətləri üzrə görülmüş işlər barədə gənclərin məlumatlılığının artırılması, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi məqsədi ilə keçirilən dəyirmi masada rayonun ictimai həyatında fəallığı ilə seçilən, müxtəlif sahələrdə uğur qazanan, idarə və müssisələrdə çalışan gənclər iştirak etmişdirlər. Tədbirdə Ümummilli liderin əziz xatirəsi anılmış, onun keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs edən çıxışlar səslənilmiş, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31