Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır
19.05.2022 [16:24]
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. İki ölkə arasında olan dostluq və qardaşlıq tarixin bütün sınaqlarından keçərək bu günümüzə qədər davam etməkdədir.
Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə”.
Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, beynəlxalq arenalarda daim Türkiyənin haqq işini dəstəkləyir.
Strateji müttəfiqlik əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.
Məlum olduğu kimi, 15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Şuşa Bəyannaməsi” imzalanıb. Tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb. Bəyannaməyə əsasən Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.
Prezident İlham Əliyevin ötən günlərdə Türkiyəyə işgüzar səfəri iki ölkənin birliyinin növbəti təzahürüdür. Azərbaycan və Türkiyə prezidentləri Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Yeni hava limanına ilk dəfə sərnişinləri iki ölkənin prezidentləri olan təyyarələr eniş edib.
Səfər zamanı ölkə başçımız qeyd edib ki, biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər qardaş Türkiyə xalqı bizim yanımızda idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq.
Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı – dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin inkişafın və həmrəyliyin qarantıdır. Türkiyə–Azərbaycan bayraqlarının və ordularımızın birliyi müstəqil dövlətlərimizin qardaşlıq və həmrəyliyinin əbədiyyət rəmzidir. Azərbaycan–Türkiyə birlik və həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağıdır.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri həqiqətən dünyada bənzəri olmayan münasibətlərdir. Və bu günkü nəslin borcu ata-babalardan gələn bu birliyi, qardaşlığı olduğu kimi, hətta daha möhkəm formada gələcək nəsillərə ötürməkdir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

