YAP Nərimanov rayon təşkilatında 28 may Müstəqllik Günü qeyd olunub
26.05.2022 [14:32]
26 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının akt zalında 28 may Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının şöbə müdirinin müavini Rəfael Gülməmmədov, Ərazi Partiya Təşkilatlarının sədrləri, fəal gənclər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olub. Təşkilat sədri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan geniş bəhs edib, həmçinin, müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrin birinə çevrilməsi, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı bildirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov və Hikmət Babaoğlu 28 May - Azərbaycanın Respublikasının Müstəqillik Gününün, Azərbaycan Xalq Cümhuriyyətinin və müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi gün olduğunu bildiriblər. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğunu, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını qeyd ediblər. Millət vəkilləri keçdiyimiz tarixin, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu göstərdiyini qeyd edərək, 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığını vurğulayıblar.
Söylənilib ki, 1918-ci ildə ADR-in yaradılmasının Azərbaycan xalqı üçün tarixi hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan və onun xalqı üçün növbəti şanlı tarixi qələbə və nailiyyət olmuşdur. Azərbaycan Prezidentinin 2022-ci ili “Şuşa ili” elən etdiyini və onun birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini, mədəni və ictimai tədbirlərin keçirilməsi ənənəsinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya yenidən qayıtdığını diqqətə çatdırılıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup ərazi partiya təşkilatlarının sədrləri, fəal gənclər fəxri fərmanla təltif olunub və partiyaya yeni üzv olmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Bununla da, tədbir başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43

