Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşdır
08.06.2022 [09:40]
Azərbaycan region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzə çevrildiyni dəfələrlə təsdiqləyib. İşğaldan azad edilmiş torpaqlarımız da tədricən nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilir. Artıq Şuşa şəhərində mühüm əhəmiyyətli tədbirlərin keçirilməsi silsilə xarakter alıb. Cıdır düzündə də beynəlxalq əhəmiyyətli festivalların keçirilməsi böyük əks-səda doğurub. Budur, Bakı yenə də region üçün ən böyük olan sənaye tədbirinə yüksək səviyyədə evsahibliyi etməklə dünya ictimaiyətinin nəzər-diqqətini yenidən ölkəmizə cəlb etdi. Söhbət ötən həftə paytaxtda Ekspo Mərkəzində keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindən gedir
Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni ehtiva edirdi – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu.
Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Tədbirdə ir daha səsləndirildi ki, hazırda Rusiya və Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Bu konteksdə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan etibarlı tərəfdaş kimi əhəmiyyətli rol oynayır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız tərəfindən düzgün müəyyənləşdirilmiş enerji siyasəti Azərbaycanı dünyanın enerji təchizatında strateji əhəmiyyətli ölkəyə çevirib. Bu siyasət dünyanın əksər ölkələri, xüsusilə, Amerika Birləşmiş Ştatları Azərbaycanın apardığı enerji siyasətini dəstəkləyir. ABŞ Prezidenti Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktub da bundan xəbər verir. Hər şeydən əvvəl, bu məktub iki ölkə arasında mövcud olan qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir. İki ölkə arasında münasibətlərin ABŞ Prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan– ABŞ münasibətlərinin olduqca müsbət perespektivlərindən xəbər verir.
ABŞ Prezidenti Cozef Bayden tərəfindən Prezident İlham Əliyevə ünvanlanan məktubda Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi tam potensiala nail olunması, şaxələndirilmiş iqtisadiyyatın təşviqi vurğulanır. Bundan əlavə, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə ətraf mühitin mühafizəsi istiqamətində qlobal hədəflərə dəstək verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, həmçinin Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımlarına dəstək ifadə edilib.
Məktubdan o da aydın olur ki, ABŞ Azərbaycanın regionda yaratdığı reallıqları, eyni zamanda, Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu, ABŞ-ın ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmdən və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyindən, qarşıdan gələn illər və onilliklərdə ABŞ-ın Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətində olmasından xəbər verir”,
Prezident İlham Əliyev də çıxışında demişdir ki, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələrin enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək. Pandemiya səbəbindən ikiillik fasilədən sonra Xəzər Neft və Qaz Sərgisinin yenidən Bakıda keçirilməsi ölkəmizə olan inam və etimaddan irəli gəlirdi.
Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

