YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib
14.06.2022 [11:42]
YAP Gəncə şəhər təşkilatı və Gəncə şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 15 İyun – Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa keçirilib.
Şəhər ağsaqqallarının, partiya fəallarının və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədovun moderatorluğu ilə keşən tədbirdə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış edərək, dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, ölkəmizdə hərc-mərclik, xaos və anarxiyanın baş verdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin əbədi və sarsılmaz xarakter almasından, dahi şəxsiyyətin zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində hazırda respublikamızın dünyanın aparıcı dövlətləri sırasında layiqli yer tutmasından danışıb.
Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Füzuli Şıxıyev, Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, ADAU-nun dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynov, Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, xalq artisti Məmmədəli Balayev, şəhər Ağsaqqallar Şurasının üzvü Siyasət Məmmədov və digər tədbir iştirakçıları çıxış edərək Ulu Öndər Heydər Əliyevin 1993-ci ildə hakimiyyətə qayıdışından və bu tarixi günün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmasından danışıblar. Natiqlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb.
Dəyirmi masada vurğulanıb ki, məhz Ulu Öndərin yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb. Bu gün Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınır.
Tədbirdə şəhər Ağsaqqallar Şurasının yeni yaradılmış rəsmi “facebook” və Instagram səhifələri işirakçılara təqdim edilib.
Tədbirdə o da qeyd edilib ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Ulu Öndər ideyaları ətrafında partiya sıralarına böyük həvəslə qoşulanların sayı günbəgün artır.
Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

