Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni, daha böyük iqtisadi əməkdaşlıq perspektivləri açıb
14.06.2022 [11:53]
“Azərbaycan-Türkiyə münasibətləri sürətlə şaxələnərək və inkişaf edərək bu gün özünün tarixən mövcud olmuş ən pik zirvəsinə çatmışdır. Ölkəmizin ötən əsrin əvvəllərində ikinci dəfə öz müstəqilliyini elan etməsindən sonra keçən dövr ərzində, eləcə də əvvəlki tarixi dövrlərdə Azərbaycan və Türk xalqları hər zaman biri-birilərinin həm sevinclərini, həm kədərlərini bölüşüblər. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana çox böyük siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Müharibədən sonrakı dövrdə də ölkələrimiz arasında mövcud olan əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına mühüm töhfələr verməkdədir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib. Hakim partiya təmsilçisi ölkələrimiz arasında mövcud münasibətlərin inkişafında Azərbaycan və Türkiyə Prezidentlərinin 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları tarixi bəyannamənin əhəmiyyətli rolunu vurğulayaraq bunları deyib: “Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu bəyannamənin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni, daha yüksək bir mərhələyə qədəm qoymuş oldu. Azərbaycan və Türkiyə ümumi mədəni, tarixi və dini dəyərlərə malik olan ölkələrdir. Bununla belə Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da dərinləşdirdi və birliyimizin sarsılmaz olduğuna dair bütün dünyaya bir mesaj göndərmiş oldu. Bu müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd Azərbaycan-Türkiyə müttəfiqliyinin geostrateji əhəmiyyətini artırdı. Şuşa Bəyannaməsi həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Artıq ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Ən əsası, bu tarixi sənəd hər iki ölkənin regionda ümumi maraqlarının qorunması baxımından imkanlarını birləşdirilməklə, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə ölkələrimizin regional və beynəlxalq proseslərdə rolunu, nüfuzunu daha da artıracaq. Şuşa Bəyannaməsi birmənalı olaraq, bütün Türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib bir tarixi sənəddir”, - deyə N.Pənahov vurğulayıb. Həmçinin təşkilat sədri qeyd edib ki, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmaqla, regionda yeni iqtisadi münasibətlərin formalaşmasına yol açacaq: “Məlumdur ki, hazırda azad olunmuş ərazilərin yenidən qurulması prosesində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində də Azərbaycan ilə Türkiyə sıx birlik və əməkdaşlıq nümayiş etdirirlər. Bu əməkdaşlıq sayəsində isə yeni iqtisadi perspektivlər ortaya çıxır. Bu baxımdan Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin, o cümlədən region ölkələri və qonşu dövlətlərin də istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Birmənalı olaraq deyə bilərik ki, Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.” Daha sonra N.Pənahov Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa dair müddəaların yer almasını bu sənədin strateji əhəmiyyətini artıran bir məqam olduğunu qeyd edib: “Heç şübhəsiz Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini artıran vacib məqamlardan biri də bu sənədə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair bəndin daxil edilməsidir. İstər müdafiə sahəsində əməkdaşlıq, istərsə də qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə öz əksini tapması həm də ölkələrimiz üçün böyük tarixi nailiyyət kimi qiymətləndirilməlidir. Bundan sonra Türkiyə və Azərbaycan artıq rəsmi şəkildə bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə ölkələrimizin hərbi qüdrətini daha da artıracaq. İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının oynadıqları son dərəcə əhəmiyyətli rolu bütün dünya müşahidə etdi. Bundan sonra isə Azərbaycan özü bu sahədə istehsalçı ölkə kimi çıxış edəcək. Ən vacib məqamlardan biri də budur ku, Şuşa Bəyannaməsi həm Türkiyənin, həm də xüsusilə Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qarantı kimi təsir imkanlarının artmasına kömək edir. Beləliklə, də Azərbaycan-Türkiyə birliyinin yeni strateji mərhələyə keçidi ilə regionda daha böyük iqtisadi əməkdaşlıq perspektivləri açılmış olur”, - deyə Nihad Pənahov fikirlərini tamamlayıb.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

