Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır
16.06.2022 [10:07]
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə, müstəqil, qüdrətli bir dövlət kimi tanıtdı. Dahi Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli yüksəlişin, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmış, xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmışdır. Ulu Öndərin tükənməz enerjisi və təşkilatçılıq məharətinin Azərbaycanın təbii ehtiyatları və iqtisadi potensialı ilə birləşməsi, üstəlik mövcud reallıqların düzgün qiymətləndirilərək mümkün olanlardan daha səmərəli istifadə edilməsi sürətli inkişaf və güclü yüksəlişlə nəticələnmişdir. Tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla Azərbaycan həyatında intibah mərhələsinin əsasını qoymuşdur. Ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürən Ulu Öndər strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur. Məhz Azərbaycanın gələcəyinə hesablanmış bu işlər müstəqilliyimiz üçün baza rolunu oynamışdır. Azərbaycanın faktiki olaraq bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması dövrünün məhz Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi illərinə təsadüf etməsi danılmaz faktdır.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə-müstəqillik illərində o, ideyaları ilə Azərbaycanın memarına çevrilmişdir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın başının üstünü qara buludlar aldığı, ölkənin məhv olmaq təhlükəsi yarandığı dövrdə Heydər Əliyev xalqın təkidli tələb və xahişi ilə hakimiyyətə qayıtmış, gündəlikdə duran başlıca məsələləri - dövlətçiliyin məhv olmaqdan xilas edilməsi, müstəqilliyin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məsələlərini qətiyyətlə həll etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda hakimiyyətin formalaşmasında güc, zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyllərə birdəfəlik son qoyulmuşdur. Ulu Öndər müstəqil Azərbaycanda milli demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirmişdir. Ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı bərpa etmişdir.
Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Bakıda 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Vahid komandanlığa tabe olan, müasir silahlarla təmin edilmiş Azərbaycan Ordusu Ümummilli lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Daha dəqiq desək, Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.
Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu Öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək bir lider yetişdirmişdir. Fəaliyyətə başladığı ilk gündən xalqın qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan, "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləyən cənab Prezident İlham Əliyev "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir" vədini artıq doğrultmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarmış, dünya miqyasında sabit iqtisadiyyata malik olan məkana çevirmişdir. Beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən Azərbaycan, artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur.
Bir daha vurğulamaq istərdim ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti qüdrətli Azərbaycanı daim yeni zirvələrə daşıyır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

