/ / Şuşa bəyannaməsi bütün dünyanın qəbul etməli olduğu gerçəklik və yeni regional düzənin başlanğıcıdır
Şuşa bəyannaməsi bütün dünyanın qəbul etməli olduğu gerçəklik və yeni regional düzənin başlanğıcıdır
17.06.2022 [15:35]
2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa bəyannaməsinin imzalanmasından bir il ötür. Bizim üçün mənəvi əhəmiyyət kəsb edən Şuşada bu bəyannamənin imzalanması Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Həmin günün 15 iyun Qurtuluş günü və Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümünə təsadüf etməsi də xüsusi əhəmiyyətə malikdir.
Müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi 1921-ci ildə böyük dövlətlərin iştirakı ilə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Siyasi və hüquqi baxımdan müstəsna əhəmiyyəti olan bu bəyannamə həm də tarixi, milli, regional və qlobal miqyaslı siyasi-hüquqi təmələ söykənir. Bəyannamədə Azərbaycan və Türkiyənin böyük liderləri, Heydər Əliyevin və Mustafa Kamal Atatürkün kəlamları da öz əksini tapmışdır.
Şuşa bəyannaməsi iki ölkə arasındakı münasibətlərdə inqilabi gerçəklikdir. Tarixi sənəddə bir çox önəmli məsələlər - enerji təhlükəsizliyi, gənclər siyasəti, iqtisadi-ticarət, mədəniyyət, təhsil, siyasi münasibətlər, beynəlxalq müstəvidə əməkdaşlıq öz əksini tapmışdır. Bu bəyannamə ilə hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqlik elan edildi. İqtisadi münasibətlərdə ixracın şaxələndirilməsi, birgə istehsalın yaradılması, investisiya şəraitinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin aparılması iqtisadi artım dinamikasına güclü təkan verəcəkdir.
Ən diqqət çəkən məqam isə hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətdən birinin ərazi bütövlüyünə, suverenliyinə hər hansı təhdid və ya təcavüz olarsa, tərəflər bir-birini qoruyacaqlar. Bu o deməkdir ki, Azərbaycanın və ya Türkiyənin suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılacaqlar. Bu Ermənistandan, ordakı revanşist qüvvələrdən tutmuş, bütün dövlətlər üçün ismarıcdır. Bəyannamədə öz əksini tapan digər vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan və Türkiyə Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birlikdə fəaliyyət göstərəcəklər. Şuşa bəyannaməsi ilə iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun formalaşması istiqamətində səylərin birləşdirilməsi, hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi ilə bağlı da razılığa gəlindi. Müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi də ən vacib məsələlərdən biridir. Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir.
Şuşa bəyannaməsi bütün dünyanın qəbul etməli olduğu gerçəklik və yeni regional düzənin başlanğıcıdır və burada mühüm məqamlarından biri də nəqliyyat-kommunikasiya məsələləri ilə bağlıdır. Bəyannamədə tarixi türk torpağı olan Zəngəzur dəhlizi ifadəsinin işlədilməsi tarixi gerçəkliyi və hədəfləri göstərir. Burada həmçinin Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası kimi aktual məsələlər də yer alır.
Şuşa Bəyannaməsi həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj və iki qardaş ölkə arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Şuşa bəyannaməsi bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli rol oynayır. Bu da təbii ki, bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq.
Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib. Türkiyə II Qarabağ müharibəsinin ilk saatlarından etibarən ölkəmizə çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan açıq və birmənalı bəyanatlar səsləndirərək, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirmişdir. Həm müharibə dövründə, həm də ondan sonra atılan addımlar bir daha sübut edir ki, bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə dar gündə də, xoş gündə də çiyin-çiyinə dayanırlar! Qardaş Türkiyə bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqların yenidən qurulması işlərində də ölkəmizə ən yaxından dəstək verən dövlətlərdən biridir. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni geosiyasi mənzərənin fonunda bu bəyannamə böyük tarixi əhəmiyyətə malikdir. Bugün Cənubi Qafqazda yaranmış reallıqlar Azərbaycanın xeyrinədir və bu bizim birbaşa qalibiyyətimizdir. Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır!
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

