Prezidentin mesajları dünyanın aparıcı beyin mərkəzləri tərəfindən diqqətə alınacaq
20.06.2022 [16:17]
“Qlobal Bakı Forumunun beynəlxalq gündəmdə əhəmiyyəti artıqca özündə geosiyasi məsələləri, sülh çağırışlarını, beynəlxalq hüquqa hörmət və s. faktorları ehtiva edən möhtəşəm tədbir eyni zamanda, ənənəvi xarakter almaqdadır. Söz yox ki, belə bir nüfuzlu beynəlxalq Forumun Bakıda keçirilməsinin daha bir vacib məqamı Azərbaycanın regional siyasi mərkəz rolundakı əhəmiyyətini nümayiş etdirməkdədir. Ən mühüm fakt budur ki, bütün bu kimi dəyərlərin dünya birliyinə çatdırılmasında siyasi iradə, həmçinin xarizmatik liderlik amili dayanır. Cənab Prezident İlham Əlyevin Forumda irəli sürdüyü bəyanatları və çağırışları da məhz bu amillərə söykənməkdədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Füzuli rayon təşkilatının sədri Almaz Həşimova mövzu ilə bağlı münasibətində vurğulayıb.
Onun sözlərinə görə, Forumda çıxış edən dövlətimizin başçısı iştirakçıların diqqətlərini bir neçə istiqamətə doğru yönəldib və xüsusilə, Azərbaycanın ərazilərinin düşmən işğalından azad edilməsi uğrunda - 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərinin məqsəd və məramlarını geniş kontekstdə şərh edib: “Əbəs deyil ki, cənab Preziden sülhün möHkəmləndirilməsi üçün inkişafın vacibliyini xüsusilə vurğulayıb və paralel olaraq ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışdığını qeyd edib. Məhz bu baxımdan daha bir məntiqi gerçəkliyə diqqət yetirmək olar ki, dövətimizin başçısı Qarabağ münaqişəsinin həllini regionda təhlükəsizlik və sülh üçün bir fürsət olduğunu deyib”.
YAP Füzuli rayon təşkilatının sədri əlavə edib ki, dövlətimizin, xalqımızın bir vəhdət olaraq birləşib düşmənə sarsıdıcı zərbə endirməsi 30 illik həsrətin nəticəsi idi. “Prezident İlham Əliyev cənabları bu xüsusda xarici qonaqların diqqətinə çatdırdı ki, Azərbaycaın mübarizəsi haqq və ədalət mübarizəsi idi və eyni zamanda, müharibənin baş verməsi labüdlük yaratmışdı”, deyə qeyd edən Almaz Həşimovanın sözlərinə görə, xalqımızın öz dədə-baba torpaqlarına qayıtmaq eşqi və mübarizə əzmi də göstərdi ki, bu əzmin qarşısında heç bir qərəz, heç bir güc və qüvvə dayana bilməzdi: “Xüsusi ilə demək istərdim ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi - xalqımız milli ləyaqətinin bərqərar olunması üçün düşmənə ağır zərbəsini endrimiş oldu. Təbii ki, beynəlxalq hüquq da bunu kifayət qədər isbatlayan amillərdəndir, çünki Azərbaycanın ətrazi bütövlüyü dünya dövlətləri tərəfindən tanınır və işğal faktını pisləyən qətnamələr də burada öz sözünü deyirdi. Ən vacib məsələlərdən biri də Azərbaycanın Ermənistanı sülhə məcbur etməsi faktdır. Azərbaycan öz qüdrətli Ordusu və vahid xalq gücü ilə sülh naminə inkişaf faktorunu önə sürdü, regionda dəyişikliklərə nail oldu”.
“Prezident İlham Əliyev özəlliklə qeyd etdi ki, biz, yəni Azərbaycan dövləti və xalqı Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyir və bu, nadir fürsətdir. Dövlətimzin başçısı “Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”, bəyanatını səsləndirməklə dünyaya, beynəlxalq aləmə önəmli mesajlarını vermiş oldu. Bu mesajların hər biri hesab edirəm ki, dünyanın aparıcı beyin mərkəzləri və siyasi institutları tərəfindən diqqətə alınacaq, nəinki Cənubi Qafqazda, bütövlükdə dünyada yeni sülh və inkişaf, tərəqqi imkanlarının yaradılmasına öz töhfələrini verəcək”, deyə YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova şərhinin sonunda vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

