Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı böhranlı vəziyyətdən xilas etdi
21.06.2022 [11:54]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
XX əsrin sonları dünyada baş verən qlobal yeniləşmə Post Sovet Ölkələrindən də yan keçmədi. Sovetlər İttifaqının dağılması zərurəti zamanın tələbinə çevrilmişdi. Təbii ki, tarixdə bu cür dəyişikliklər bəlasız ötüşmür. İttifaq özünü buraxmaq istəmir zaman isə SSRİ - nin ziyanına işləyirdi. Bu cür xaotik dövrdə süquta uğrayan İmperiyanın quduz caynaqları Azərbaycandan da yan ötmədi. 20 yanvar faciəsinin ardınca yeni - yeni qırğınlar törədilir, Ölkə daxilində isə Xalq hərəkatını şəxsi maraqları istiqamətinə sürükləyən dəstələr yaranmaqda idi. Keçid dövrünün ilk imkanlarından faydalanan AXC- Müsavat cütlüyü hakimiyyəti mənimsəyə bildi. Ancaq danılmaz faktdır ki, hakimiyyətə gəlmək mümkün olsa da, idarəetməni tənzimləmək bacarıq və peşəkarlıq tələb edir. İlk günlərdən cəbhə hakimiyyətinin naşılığı ucbatından istifadə edən ayrı - ayrı cinayətkar qruplar silahlı dəstələr yaradaraq ölkəni talamaq, xalqı incitməklə var dövlət toplamaq üçün bütün çirkin vasitələrdən istifadə etdilər. Sanki cinayətkar dəstələr ölkəni dağıtmaq üçün yarışa girib Elçibəy hakimiyyəti isə bu qrupların əlində oyuncağa çevrilmişdi. Daxildə baş verən hərc- mərcilikdən istifadə edən mənfur düşmən özü üçün sərfəli məqam görüb torpaqlarımızı işğal etməyə başladılar. Xalq Qarabağda əliyalın, köhnə, az sayda ov tüfəngləri ilə döyüşüb torpağını müdafiə edir, Bakıda isə hakimiyyət uğrunda mübarizə gedir. Gəncədə digər yerlərdə vətəndaş müharibəsi başlayır, qardaş qardaşın qanını axıdırdı. Bu cür çətin dövrdə cəbhəçilər, hakimiyyəti idarə edə bilməyərək dahi şəxsiyyət Heydər Əliyevə müraciət etmək məcburiyyətində qaldılar. Əvvəlcə etiraz edən Ulu Öndər sonra xalqın müraciətinə biganə qala bilməyərək Bakıya gəldi. Ulu Öndərin gəlişi ilə sülh gəldi, qardaş qırğını dayandırıldı, vətəndaş müharibəsinin qarşısı alındı. Yer kürəsinin xəritəsindən silinmək təhlükəsi ilə üz üzə qalan Azərbaycanda möhkəm dövlətçilik ənənəsinin bünövrəsi qoyuldu. Ulu Öndər Heydər Əliyev yalnız və yalnız xalqa güvənir, xalqa arxalandı. Yeni dövlətçilik qaydalarının təməli qoyuldu. Peşəkar siyasətçi məhz bu çətin məqamda vətəndaş həmrəyliyinə, milli barışıga nail ola bildi. Qısa zamanda daxildəki separatçıları yüksək intelektinin və təcrübəsinin hesabına heç bir güc tətbiq etmədən neytrallaşdıraraq milli barışığa nail oldu. Bu mürəkkəb situsiyadan qansız, savaşsız çıxmaq bacarığı yalnız dahi Liderdə ola bilərdi. Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin Prezident səlahiyyətlərini icra etməyə başlaması, onun məsuliyyətini və üzərinə düşən qayğıların çəkisini artırırdısa da Ulu Öndər heç bir maneədən çəkinməyərək əzmlə, mərdliklə, yüksək idarəetmə təcrübəsi və bacarığı ilə ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa çalışırdı. Bir tərəfdən dişləri yağlı tikəyə batan daxili yırtıcıların müqavimətləri, təxribatları, digər tərəfdən Azərbaycana uzanan məkrli xarici əllər, başqa bir tərəfdən isə ərazi bütövlüyümüzə təcavüz edən mənfur qonşuların hücumları.
Torpaqlarımızın bir hissəsi artıq işğal edilmiş, təchizatsız, hərbi strategiyası müəyyənləşdirilməmiş zəifləmiş milli müdafiə qüvvələrinin gücünə nəsə əldə etmək müşkül məsələ idi. Heydər Əliyevin təcrübəli dövlət xadimi olması ilə yanaşı, peşəkar general, komandanlıq istedadı və bacarığı cəbhədə vəziyyəti sabitləşdirə bildi. Ulu Öndərin rəhbərliyi ilə layiqli zərbələr alan düşmən məcbur qalıb danışıqlar masasına gəldi. Bununla da Azərbaycan güclənmək üçün bir fürsət qazandı və 30 ilin sonunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz Qarabağda möhtəşəm qələbəyə imza atdı və ərazi bütövlüyümüz bərpa olundu. Nə qədər tarix var Azərbaycan var, nə qədər Azərbaycan var Ulu Öndərin ideyaları yaşayacaq!
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

